SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Cənubi Qafqazdakı proseslərə mane olur? - Qərb niyə narahatdır

© AFP 2023 / ROBERTO SCHMIDTABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Millət vəkili Fazil Mustafa bildirib ki, bu danışıqlar mövcud situasiyanın Azərbaycanın istədiyi formatda davam etməsinə imkan yaradır
BAKI, 8 fevral — Sputnik. Son keçirilən görüş regionda gedən proseslər ətrafında yeni perspektivlərin yaranmasından xəbər verir.
Bu fikirləri Sputnik Azərbaycan-a fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşü şərh edərkən politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan problemi beynəlxalq vəziyyətdən istifadə edərək hərbi yolla həll edib, ancaq buna baxmayaraq beynəlxalq güclər problemin hüquqi-siyasi kontekstdə həllini tapmadığını bəyan edirlər:
"Hazırkı məqamda ABŞ-ın mövqeyi təəssüf doğurur. Bu ölkənin Ermənistandakı səfiri bir müddət əvvəl bildirmişdi ki, sülh müqaviləsi bağlanmayana qədər problemin həll olunmasından danışmaq doğru deyil".
"Baydenin və onun da təmsilçisi olduğu demokratlar partiyasının senatorlarını qlobal maliyyə mərkəzlərindən Rotşildlər hakimiyyətə gətiriblər. Onlar eyni zamanda indiki Ermənistan Baş naziri Nikol Paşinyanın da dəstəkləyiciləridir. Gözardı edə bilməyəcəyimiz digər bir məqam da ABŞ və onun avropalı müttəfiqləri arasında mahiyyətcə yeni münasibətlərin yaranmasıdır. Ukrayna ətrafındakı gərginlik fonunda Avropa və ABŞ münasibətlərindəki problemlərin dərinləşdiyini görürük", – deyə politoloq qeyd edib.
Elşən Manafov deyib ki, Rusiya ətrafında gərginliyin artırılması hələlik NATO və ABŞ-a heç nə vermir: "Rusiya ünvanlandığı tələblərdən geri çəkilmir. Eyni zamanda Rusiya prezidentinin Pekin səfərində əldə olunmuş razılıqlar Rusiyanın külli miqdarda mənfəət əldə etmək imkanlarını artırıb. Açıq etiraf etmək lazımdır ki, bölgədə həlledici təsir imkanlarına malik ölkə Rusiyadır. Bu gün Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yeridilməsi Qərbi xüsusilə narahat edir".
Politoloq əlavə edib ki, ABŞ ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlara impulsiv xarakter vermək istəyir: "Onlar Qarabağın statusu məsələsinə aydınlıq gətirildikdən sonra Moskva razılaşmasının şərtlərinin yerinə yetirilə biləcəyi ilə bağlı bəyanatlar verirlər. Maraqlıdır ki, bölgəyə real təsir imkanlarına malik ölkələr Türkiyə və Rusiyadır. Bu iki ölkə isə ciddi əməkdaşlıq içərisindədir".
"Paşinyanın yeni reallıqları nəzərə alaraq Makronun dəstəyi ilə danışıqlara getməsi yaxın perspektivdə razılıqların əldə olunması ilə nəticələnə bilər. Burada Paşinyanın nə qədər səmimi olub-olmaması ilə bağlı nəsə demək çətindir. Hazırda mövcud problemlərin Azərbaycanın şərtlərinə uyğun şəkildə həlli üçün gözəl imkan yaranıb", – deyə Elşən Manafov vurğulayıb.
O qeyd edib ki, Aİ-nin Azərbaycan üçün 2 milyardlıq maliyyə paketi ayırması da diqqətdən kənarda qala bilməz: "Aİ Azərbaycanla əməkdaşlığı gücləndirməyə məhkumdur. Bu məsələdə isə ABŞ və Avropa İttifaqının maraqları üst-üstə düşmür".
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a bildirib ki, Qarabağdakı vəziyyətin tənzimlənməsi üçün kənardan cəhdlər edilir: "Prezident İlham Əliyev isə bu məsələnin Azərbaycanın daxili işi olması ilə bağlı prinsipial mövqeyini davam etdirir. Qarabağda yaşayan erməni əhalinin də Azərbaycanla bağlı məsələ olduğunu hər kəsə qəbul etdirməliyik".
"Bu danışıqlar mövcud situasiyanın Azərbaycanın istədiyi formatda davam etməsinə imkan yaradır", - deyən millət vəkili qeyd edib ki, biz bu prinsipial mövqeyi davam etdirməliyik: "Çünki indiki məqamda başqalarının Ermənistan üzərindən Azərbaycana təzyiq göstərməsinə imkan verə bilmərik. Burada Fransanın maraqları fərqlidir və Azərbaycana qarşı yönələn anlayışla hərəkət edirlər. Amma bu, bizi qorxutmur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0