SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə lideri Azərbaycana səfər edəcək

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Festival mayın 26-dan 29-dək keçiriləcək. Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.
Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.
Bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandalı söyləyib.
Məlumata görə, R.T.Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək.
Festival mayın 26-dan 29-dək keçiriləcək. Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.
Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə keçiriləcək "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı azərbaycanlı və türk pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, "TAKE OFF" Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev mətbuat konfrasında bildirib.
Tədbirdə "TEKNOFEST" Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuk Bayraqdar da iştirak edib. O bildirib ki, "TEKNOFEST" Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin, T3 Vakfının birgə təşkilatçılığı, 60-dan çox dövlət qurumu, ali məktəb və özəl şirkətin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0