DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranla nüvə danışıqlarında son mərhələdir

© © IRIB via AP, Fileİran uranın zənginləşdirilməsi zavodu
İran uranın zənginləşdirilməsi zavodu - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi deyib ki, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış üzrə Vyana danışıqları yekun mərhələdədir.
BAKI, 7 fevral — Sputnik. İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıdış üzrə Vyana danışıqları yekun mərhələdədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.
"Qısa fasilədən sonra Vyana danışıqları sabah bərpa olunacaq. Görünür, danışıqlar yekun mərhələdədir ki, bu da hədəfə çatmaq üçün bütün iştirakçılardan qətiyyət və enerjili fəaliyyət tələb edir. Burada Birgə Hərtərəfli Fəaliyyət Planının tam bərpasını, o cümlədən sanksiyaların götürülməsini nəzərdə tuturam", - deyə Rusiya nümayəndəsi bildirib.
Qeyd edək ki, İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.
2018-ci ildə ABŞ Prezidenti Donald Trump administrasiyası sazişi tərk edərək İrana qarşı sanksiyaları bərpa edib.
Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Yanvarın 3-ü ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0