Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Quru öskürəyə nə faydalıdır? - Həkim məsləhəti

© Pexels cottonbroÖskürən oğlan, arxiv şəkli
Öskürən oğlan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Bəzi xəstələr özlərini yaxşı hiss edən kimi dərmandan imtina edirlər. Belə olmamalıdır, həkimin təyin etdiyi müddətədək dərmanlar qəbul edilməlidir.
BAKI, 7 fevral — Sputnik. Koronavirusun ən cox rast gəlinən️ fəsadı quru öskürəyin uzun müddət qalmasıdır. Bir çox xəstələrin də ən böyük şikayəti ondan ibarətdir ki, bir aydır sağalmalarına baxmayaraq quru öskürəkdən xilas ola bilmirlər. Bəs, bunun səbəbi nədir, nə etmək olar?
Həkim-terapevt Nərgiz Kərimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəlikdən sağalandan 2 ayadək öskürək qala bilir:
"Təəssüflər olsun ki, bəzi xəstələr özlərini yaxşı hiss edən kimi dərmandan imtina edirlər. Belə olmamalıdır, həkimin təyin etdiyi müddətədək dərmanlar qəbul edilməlidir. Əks halda belə xəstələr sonradan öskürəkdən xilas ola bilməmələrinə görə müraciət edəcəklər".
Quru öskürəklə mübarizə aparmaq üçün həkim deyir ki, otaqların düzgün havalandırılmasını təşkil etmək vacibdir:
"İnhalyasiya aparatları vasitəsilə ev şəraitində müalicə almaq olar. Biz hər öskürəyə uyğun inhalyasiya təyin edirik. Təbii inhalyasiya üsullarından, bitkilərdən istifadə oluna bilər. Bu bitkilər arasında sakitləşdiricilər də var. Lakin müalicəyə gəldikdə, öskürəyin səbəbləri müxtəlif olduğundan hər kəsə eyni üsulla müalicəni tövsiyə edə bilmərik".
Həkim deyir ki, quru öskürəklə mübarizə aparmaq üçün ev şəraitində xüsusi bitki çaylarından istifadə etmək olar:
"Bunun üçün həkim təyinatı olmalıdır. Ev şəraitində ilk olaraq immun sistemini qaldırmaq lazımdır. Şəkər xəstəsi deyilsə, südlə bal icmək tövsiyə olunur. Eyni zamanda da bol miqdarda meyvə-tərəvəz yemək lazımdır. Ən əsası, açıq havada olmaq, tənəffüs hərəkətləri etmək vacibdir. Qızdırma zamanı mürəbbəli çay içməyi tövsiyə edirik ki, maye ifrazı ilə temperatur aşağı ensin️", - deyə o əlavə edib.
Bəs, apteklərdə quru öskürəklə mübarizə məqsədilə satılan "sorma konfet"lər faydalıdırmı?
Həkimin sözlərinə görə, istənilən halda quru öskürəyin əsl səbəbi bəlli olmalıdır:
"Ola bilər öskürək virus, bakteriya və ya allergik mənşəli olsun. Bu səbəbdən həmin vasitələrin quru öskürəkdə effektli olub-olmamasını deyə bilmərəm. Bunun üçün müayinə olunmaq vacibdir. Öskürəyin olması hər hansı xəstəliyin mövcudluğundan xəbər verir. Öskürək bir cox xəstəliklərin - qripdən tutmuş onkolojiyə qədər ilk simptomu ola bilər".
Bir çox mütəxəssislər quru öskürəklə mübarizə aparmaq üçün türkəçarədən istifadəni, məsələn, evdə cökə çayını dəmləyib içməyi, heyva yarpağını, tumlarını qaynadıb qəbul etməyi və s. tövsiyə edirlər. Zəncəfil, mixək və ballı çayın da quru öskürəyə çox faydalı olduğu qeyd edilir.
Mütəxəssislər bildirir ki, quru öskürək uzun zaman davam edərsə, həkim tərəfindən müayinə olunmaq, rentgendən keçmək vacibdir. Xəstəliyi dəqiq müəyyən etmək üçün yaxma götürülməsi də vacibdir.
Xəbər lenti
0