Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Duman olacaq, yollar buzlayacaq, görmə məsafəsi azalacaq - sabahın havası

© Sputnik / Murad OrujovBakıda Mərkəzi Parka mənzərə, arxiv şəkli
Bakıda Mərkəzi Parka mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq.
BAKI, 7 fevral — Sputnik. Fevralın 8-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, fevralın 8-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ucar-Zərdab-Ağcabədi, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Həmçinin Xankəndi-Xocavənd, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli yollarında da görünüş məsafəsi duman səbəbindən qısalacaq.
Gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
--------
12:36
Azərbaycan ərazisində sabah, fevralın 8-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 7-10°, Bakıda gecə 0-2°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 1-6° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0