Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qara dəniz və İranı birləşdirən layihə niyə gündəmə gəlib?

© AP Photo / Vahid SalemiFars körfəzində İran gəmisi, arxiv şəkli
Fars körfəzində İran gəmisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Pritçin hesab edir ki, Tehranın hazırkı təşəbbüsləri Cənubi Qafqazda reallaşdırılan və planlaşdırılan layihə yarışında uduzmamağa köklənib.
BAKI, 7 fevral — Sputnik. Tehran özünün layihələri ilə yeni nəqliyyat reallığına ona görə qoşulmaq istəyir ki, öz mallarının Qara dəniz üzərindən tranzitini təmin etsin.
Bunu REA MBİBƏ-nin Postsovet Araşdırmalar Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin “Fars körfəzi – Qara dəniz” layihəsindən danışarkən bildirib.
Onun sözlərinə görə, İranın hazırkı rəhbərliyi Cənubi Qafqaz və Xəzər dənizi ilə bağlı yeni xarici-siyasi və xarici-iqtisadi model hazırlamağa çalışır.
Regionda Türkiyənin aktivləşməsi fonunda İran təşəbbüsü əldən verməməyə, mallarının Qara dəniz üzərindən tranzitini təmin etmək üçün yeni nəqliyyat reallığına öz layihələri ilə qoşulmağa can atır, analitik hesab edir.
Pritçin bildirir ki, sanksiyaların aradan qaldırılması məsələsində qeyri-müəyyən olsa da pozitiv irəliləyiş sezildiyi bir zamanda Tehran özünün mallarını aktiv surətdə Aİ-yə çatdırmağın yollarını arayır.
“Ancaq bunun üçün gərək öz infrastrukturun olsun, o da yoxdur”, - Pritçin deyir.
Analitikin fikrincə, burada, əgər “Şimal-Cənub” layihəsi çərçivəsində dəmiryolu tikilib başa çatsaydı, Azərbaycanın infrastrukturundan istifadə etmək olardı. Yəni sadəcə Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqla Türkiyəyə, yaxud da Qara dənizin gürcü limanlarına qısa yol əldə etmək mümkün görünür.
“Ancaq iranlıların səriştəsi və sərmayəsi çatmır. Onlar on il ərzində dəmiryolunu tikib başa çatdıra bilməyəcəklər”, - o qeyd edib.
Ancaq Pritçinin dediyinə görə, hazırda bölgədə nəqliyyat məsələlərinin sürətli həlli üçün çağırışlar var. Ona görə də Tehranın hazırkı təşəbbüsləri Cənubi Qafqazda reallaşdırılan və planlaşdırılan layihə yarışında uduzmamağa köklənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0