Pekin-2022: Azərbaycan idmançısı məharətini nə vaxt göstərəcək? VİDEO

© AFP 2023 / DANIEL MIHAILESCUAzərbaycan idmançısı Vladimir Litvintsev
Azərbaycan idmançısı Vladimir Litvintsev - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Litvintsev Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi ilə bir qrupda buz üzərinə çıxacaq.
BAKI, 7 fevral — Sputnik. Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramının püşkü atılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan idmançısı Vladimir Litvintsevin buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
O, sabah Bakı vaxtı ilə saat 5:22-də başlayacaq yarışa qatılacaq. Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.
Litvintsev adətən ən zəiflərin yer aldığı 1-ci "altılıq"da bacarığını göstərəcək. O, sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi də buz üzərinə çıxacaqlar.
Qeyd edək ki, kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0