https://sputnik.az/20220207/nazirlik-tagiyevin-dogum-tarixi-ile-bagli-ziddiyyete-aydinliq-getirib-438917871.html
Nazirlik Tağıyevin doğum tarixi ilə bağlı ziddiyyətə aydınlıq gətirib
Nazirlik Tağıyevin doğum tarixi ilə bağlı ziddiyyətə aydınlıq gətirib
Sputnik Azərbaycan
Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrdə kargüzarlıq sistemi formalaşmadığı üçün üstəlik doğum haqqında şəhadətnaməni əldə olan istinadlara əsasən sonradan... 07.02.2022, Sputnik Azərbaycan
2022-02-07T18:36+0400
2022-02-07T18:36+0400
2022-02-07T18:36+0400
hacı zeynalabdin tağıyev
azərbaycan xəbərləri
unesco
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438263061_0:0:2813:1583_1920x0_80_0_0_75818a5f26f372e94270978ee09bd0c1.jpg
BAKI, 7 fevral — Sputnik. UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.Yəni UNESCO Tağıyevin yaşını 1823-cü ildən hesablayır. Lakin Tağıyevin məzarında doğum tarixi kimi 1838-ci il qeyd olunub. Eyni zamanda, ötən ay metronun İçərişəhər stansiyasının qarşısında ucaldılan Tağıyevin heykəlinin məlumat lövhəsində də doğum tarixi olaraq 1838-ci il yazılıb.Sputnik Azərbaycan xəbər verir ki, Hacı Zeynalabdin Tağıyevin doğum haqqında şəhadətnaməsində əldə olunan mənbələrə görə, 1823-cü il qeyd olunub. Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda hər iki mənbədən - həm 1823-cü il, həm də 1838-ci ildən istifadə olunur: "Hər iki mənbə də əsas sayılır. Hər iki versiyanın özünün əsasları var. Biri doğum haqqında şəhadətnaməyə, digəri isə qohumlarının xatirələrindən, təxmini hesablamalarından əldə olunan mənbəyə əsaslanır".Qeyd olunub ki, Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrdə kargüzarlıq sistemi formalaşmadığı üçün, üstəlik doğum haqqında şəhadətnaməni əldə olan istinadlara əsasən sonradan aldığına görə hər iki mənbədən də istifadə olunur. Buna görə də Hacı Zeynalabdin Tağıyevin dəqiq anadan olduğu tarix tam bəlli deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/12/438263061_0:0:2731:2048_1920x0_80_0_0_b5d5c8c89ede4b90c73431b0153f9dfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazirlik tağıyevin doğum tarixi barədə ziddiyyəti çözdü
nazirlik tağıyevin doğum tarixi barədə ziddiyyəti çözdü
Nazirlik Tağıyevin doğum tarixi ilə bağlı ziddiyyətə aydınlıq gətirib
Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrdə kargüzarlıq sistemi formalaşmadığı üçün üstəlik doğum haqqında şəhadətnaməni əldə olan istinadlara əsasən sonradan aldığına görə hər iki mənbədən də istifadə olunur.
BAKI, 7 fevral — Sputnik. UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
Yəni UNESCO Tağıyevin yaşını 1823-cü ildən hesablayır. Lakin Tağıyevin məzarında doğum tarixi kimi 1838-ci il qeyd olunub. Eyni zamanda, ötən ay metronun İçərişəhər stansiyasının qarşısında ucaldılan Tağıyevin heykəlinin məlumat lövhəsində də doğum tarixi olaraq 1838-ci il yazılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Hacı Zeynalabdin Tağıyevin doğum haqqında şəhadətnaməsində əldə olunan mənbələrə görə, 1823-cü il qeyd olunub. Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda hər iki mənbədən - həm 1823-cü il, həm də 1838-ci ildən istifadə olunur: "Hər iki mənbə də əsas sayılır. Hər iki versiyanın özünün əsasları var. Biri doğum haqqında şəhadətnaməyə, digəri isə qohumlarının xatirələrindən, təxmini hesablamalarından əldə olunan mənbəyə əsaslanır".
Qeyd olunub ki, Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrdə kargüzarlıq sistemi formalaşmadığı üçün, üstəlik doğum haqqında şəhadətnaməni əldə olan istinadlara əsasən sonradan aldığına görə hər iki mənbədən də istifadə olunur. Buna görə də Hacı Zeynalabdin Tağıyevin dəqiq anadan olduğu tarix tam bəlli deyil.