https://sputnik.az/20220207/fitch-cenub-qaz-dehlizinin-reytinqini-tesdiqleyib-438911377.html
"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqləyib
"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqləyib
Sputnik Azərbaycan
CQD regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. 07.02.2022, Sputnik Azərbaycan
2022-02-07T16:47+0400
2022-02-07T16:47+0400
2022-02-07T16:47+0400
neft-qaz
"cənub qaz dəhlizi"
"fitch" beynəlxalq reytinq agentliyi
https://cdnn1.img.sputnik.az/img/40313/82/403138241_0:0:3001:1688_1920x0_80_0_0_007014f08ef972869f08da0deede22fa.jpg
BAKI, 7 fevral — Sputnik. "Fitch" beynəlxlaq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.Məlumatda həmçinin deyilir ki, verilmiş reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyi əks etdirir.Qeyd edək ki, Cənub Qaz Dəhlizi regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.Sonuncu toplantı bu il feralın 4-də Bakıda, "Gülüstan" sarayında keçirilib. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40313/82/403138241_0:0:2667:2000_1920x0_80_0_0_26532249614d789d81126c6fa81c68d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"fitch" "cənub qaz dəhlizi"nin reytinqini təsdiqləyib
"fitch" "cənub qaz dəhlizi"nin reytinqini təsdiqləyib
"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqləyib
CQD regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir.
BAKI, 7 fevral — Sputnik. "Fitch" beynəlxlaq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, verilmiş reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyi əks etdirir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Sonuncu toplantı bu il feralın 4-də Bakıda, "Gülüstan" sarayında keçirilib. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.