NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünyada Aİ-95, Aİ-98 markalı benzinin bahalaşması gözlənilir

© AFP 2024 / FRANCK FIFEYDM, arxiv şəkli
YDM, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Dünyada neftin qiymətləri qalxmaqdadır. Neftin bahalaşması benzinin qiymətinə, əməkhaqlarına necə təsir göstərəcək? Ekspertin fikirləri Sputnik Azərbaycan-ın materialında.
BAKI, 7 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır. Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 5,4 faiz artaraq 95,39 dollar olub. Azərbaycan nefti sonuncu dəfə 2014-cü ilin sentyabrında 99 dollardan baha satılmışdı.
Bəs maraqlıdır, neftin bahalaşması əməkhaqlarına, benzinin qiymətinə necə təsir edəcək?
Neftdən gələn gəlirlər Dövlət Neft Fonduna toplanır
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan neftinin qiymətinin birbaşa olaraq maaşlar ilə əlaqəsi yoxdur: "Yəni neftdən gələn gəlirlər Dövlət Neft Fonduna toplanır və sonradan dövlət büdcəsinə transfer edilir. Strategiya ondan ibarətdir ki, orta və uzunmüddətli dövrdə Neft Fondundan asılılıq azalsın və neft gəlirlərinin büdcəyə təsiri qismən neytrallaşdırılsın.
Bu istiqamətdə strategiya olsa da, neftin qiyməti baha olanda hökumət ekspansiya siyasətinə daha çox üstünlük verir və Neft Fondundan transferlərin həcmini artırır. Bu da əməkhaqqı fonduna və s. təsir edir. Başqa sözlə, sosial siyasətə dolayı təsir göstərir".
Bahalaşma sosial siyasətə təsir edə bilər
"Neftin indiki bahalaşması 2022-ci ildə deyil, 2023-cü il və sonrakı il üçün sosial siyasətə qismən təsir edə bilər", - deyə o qeyd edib.
Dünyada Aİ-95, Aİ-98 markalı benzinin bahalaşması gözlənilir
Benzinin qiymətinə gəlincə, ekspert bildirib ki, dünyada Aİ-95, Aİ-98 markalı benzin növlərinin bahalaşması gözlənilir: "Təcrübə göstərir ki, dünya bazarında neft bahalaşanda Azərbaycanın idxal etdiyi benzin də bahalaşır. Lakin bunun Aİ-92 markalı benzinə aidiyyəti yoxdur. Adətən neftin qiyməti dünya bazarlarında ucuzlaşanda bizdə Aİ-92 markalı benzinin qiyməti qalxır. Çünki itkilərin bir qisminin bu yolla kompensasiya edilməsinə çalışılır. Neftin qiymətinin dəyişməsinin SOCAR-ın istehsal etdiyi benzinin qiymətinə birbaşa təsiri yoxdur".
Sentyabrda qiymət qalxmışdı
Qeyd edək ki, ötən ilin sentyabr ayının 15-dən etibarən ölkəmizdə Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.
Son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.
Dəyişikliyin səbəbi əsasən dünyada neft, neft məhsullarının qiymətinə bağlıdır
Ötən ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində bu markalı benzinlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən demişdi ki, Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət bəzən həftədə bir neçə dəfə dəyişir, yəni qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Dəyişikliyin səbəbi əsasən dünya bazarlarında neft, neft məhsullarının qiymətinə bağlıdır.
Ötən il Aİ-92 benzinin də qiyməti qalxıb
Onu da bildirək ki, Aİ-92 markalı benzinin qiymətini isə Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
Aİ-92 benzini idxal rüsumundan azad edilib
Xatırladaq ki, bu ilin fevralın 1-dən Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növünün hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə, aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu güzəştlər fevralın 1-dən tətbiq olunacaq və bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
Aİ-92 benzinin qiymətini Tarif Şurası müəyyən edir
Millət vəkili Vüqar Bayramov bildirib ki, Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 93,54 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 92,03 dollar olub.
Xəbər lenti
0