https://sputnik.az/20220207/dm-xn-e-qebul-uzre-imtahan-qaydalarinin-deyisdirilmesi-iddialarina-munasibet-bildirib-438917997.html
DİM XİN-ə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddialarına münasibət bildirib
DİM XİN-ə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddialarına münasibət bildirib
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə... 07.02.2022, Sputnik Azərbaycan
2022-02-07T18:18+0400
2022-02-07T18:18+0400
2022-02-07T18:18+0400
dim
təhsil
xin
imtahan
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_0:77:2001:1202_1920x0_80_0_0_bee596db8755111e1a07f32f00e6048f.jpg
BAKI, 7 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Xarici İşlər Nazirliyinə qəbul üzrə imtahan qaydalarının ciddi şəkildə dəyişdirilməsi ilə bağlı iddialara münasibət bildirib.Sputnik Azərbaycan xəbər verir ki, 23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib. İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçmişdi. 18 nəfər imtahana gəlməyib. Beləliklə, imtahanda 460 nəfər iştirak edib.DİM-dən APA-nın sorğusuna cavab olaraq deyilib ki, Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub – test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse. Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi bal ən az 50 müəyyən olunub. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub:"100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır.Əlavə olaraq qeyd edək ki, bir qrup imtahan iştirakçısı bu məsələ ilə bağlı yazılı şəkildə DİM-ə müraciət edib və onların müraciəti müvafiq qaydada cavablandırılıb, qaydalar, tələblər bir daha izah olunub", - məlumatda deyilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_146:0:1853:1280_1920x0_80_0_0_2b6ac0b14a43ce5eb6a7e85530a33b80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim xin-ə qəbulla bağlı iddialara münasibət bildirib
dim xin-ə qəbulla bağlı iddialara münasibət bildirib
DİM XİN-ə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddialarına münasibət bildirib
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq.
BAKI, 7 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Xarici İşlər Nazirliyinə qəbul üzrə imtahan qaydalarının ciddi şəkildə dəyişdirilməsi ilə bağlı iddialara münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, 23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib. İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçmişdi. 18 nəfər imtahana gəlməyib. Beləliklə, imtahanda 460 nəfər iştirak edib.
DİM-dən APA-nın sorğusuna cavab olaraq deyilib ki, Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub – test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse.
Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi bal ən az 50 müəyyən olunub.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib.
Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub:
"100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır.
Əlavə olaraq qeyd edək ki, bir qrup imtahan iştirakçısı bu məsələ ilə bağlı yazılı şəkildə DİM-ə müraciət edib və onların müraciəti müvafiq qaydada cavablandırılıb, qaydalar, tələblər bir daha izah olunub", - məlumatda deyilib.