Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə məşğələləri keçirilir - VİDEO

© AR Ministry of DefenceArtilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir
Artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Məşğələlərdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsinə yönəldilib.
BAKI, 7 fevral — Sputnik. 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.
Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0