Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ANAMA azad edilmiş ərazilərdə əməliyyatlar barədə həftəlik məlumat yayıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər  - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
BAKI, 7 fevral — Sputnik. ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
Sputnik Azərbaycan ANAMA-ya istinadla xəbər verir ki, fevralın 1-dən 5-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 42 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 51.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak edib və akkreditasiyadan keçiriliblər.
Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər beynəlxalq minatəmizləmə standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0