ELM

Şişmə döşəklərin üstündə və qatlanıb-açılan çarpayıda yatmaq təhlükəlidir

© Depositphotos.com / Fotodomdöşə
döşə - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Nevroloq onu da qeyd edib ki, həmişə yanlış vəziyyətdə yatan insan onurğa xəstəliyinə tutulma və ya yuxu pozğunluğu riski altındadır.
BAKI, 6 fevral — Sputnik. Daim şişmə döşəklərin üstündə və qatlanıb-açılan çarpayıda yatmaq insan sağlamlığına zərər verə bilər. Bu barədə rusiyalı nevroloq, manual terapevt Pavel Kokotov Sputnik radiosuna müsahibəsində xəbərdaqlıq edib.
Həkimin sözlərinə görə, adi, yaylı çarpayı döşəklərinin üstündə yatmağın insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
"Bu döşəklər elə hazırlanır ki, onlar insan bədənin çəkisi altında müəyyən yerlərdə fərqli şəkildə təzyiqə məruz qalır. Yəni, bu təzyiq, məsələn, omba nahiyəsində bir qədər çox, bel nahiyəsində isə daha az olur ki, təbii əyilmələr əmələ gəlsin və əzələlər rahat vəziyyət alsın", - deyə Kokotov izah edib.
Nevroloqun sözlərinə görə, şişmə döşəklərin və ya qatlanan çarpayının üstündə yatanda isə tamamilə başqa effekt alınır.
"Şişmə döşək və ya standart qatlanan çarpayıda yatanda bir növ yüyrük effekti almış oluruq, yəni, qollar və baş yuxarıda, bel və gövdə aşağıda", - deyə həkim bildirib.
Kokotovun sözlərinə görə, həmişə bu şəkildə yatmaq bel və boyun ağrılarına gətirib çıxara bilər.
"Qatlanan çarpayıda və ya şişmə döşəyin üstündə yatanda onurğa daim sabit vəziyyət almağa çalışır ki, bu da əzələlərin gərginləşməsinə, spazmlara səbəb olur. Nəticədə səhərlər boyunda, bel nahiyəsində ağrılar yaranır", - deyə o bildirib.
Nevroloq onu da qeyd edib ki, həmişə yanlış vəziyyətdə yatan insan onurğa xəstəliyinə tutulma və ya yuxu pozğunluğu riski altındadır.
"Əvvəlcə sadəcə diskomfort hiss eləyirsiniz, amma gələcəkdə onurğanın müəyyən xəstəlikləri ortaya çıxa bilər. Yuxu pozğunluğunun yaratdığı narahatlıqlar, hormonal pozğunluqlar və s. baş verə bilər", - Kokotov xəbərdarlıq edib.
Onun sözlərinə görə, şişmə döşək və ya qatlanan çarpayıda yalnız arabir, məsələn, qonaq gedən vat yatmaq olar.
Xəbər lenti
0