https://sputnik.az/20220206/qirgizistanda-prezidentin-qohumu-olduqlarini-iddia-eden-firildaqcilar-saxlanilib-438883331.html
Qırğızıstanda prezidentin qohumu olduqlarını iddia edən fırıldaqçılar saxlanılıb
Qırğızıstanda prezidentin qohumu olduqlarını iddia edən fırıldaqçılar saxlanılıb
Sputnik Azərbaycan
Həmin şəxslər xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin idxalçılarına himayədarlıq... 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T15:35+0400
2022-02-06T15:35+0400
2022-02-06T15:45+0400
qırğızıstan
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925071_0:0:2963:1668_1920x0_80_0_0_a851cd869025be0dfe08a5d20775537a.jpg
BAKI, 6 fevral — Sputnik. Qırğızıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Sadır Japarovun qohumları və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyevin yaxın adamları olduqlarını iddia edən bir qrup dələduzu saxlayıb. Bu barədə RİA Novosti-yə DMTK-nın mətbuat xidmətindən məlumat verilib."Dövlət orqanlarında sistemli korrupsiyanın aradan qaldırılması istiqamətində aparılan işlərin gedişatında DMTK özlərini Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, onun qardaşı S.N. Japarovun qohumları kimi təqdim edən, həmçinin Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant K.K. Taşiyevlə sıx münasibətlərinin olduğunu bəyan edən şəxslər nəzarətə götürülüb", - deyə mətbuat xidmətinin nüməyndəsi bildirib.Onun sözlərinə görə, müəyyən edilib ki, həmin şəxslər "Dövlət Gömrük Xidmətinin və Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərini qorxudaraq, xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin idxalçılarına himayədarlıq ediblər".Hazırda dələduzların saxlanıldığı və onların barəsində cinayət işi açıldığı qeyd olunur.DMTK vətəndaşları ayıq-sayıq olmağa, özünü vəzifəli şəxs kimi təqdim edən, bu və ya digər məsələnin həlli üçün pul tələb edən dələduzların əməllərinə uymamağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925071_0:0:2731:2048_1920x0_80_0_0_710c2b26c13ab1ab5eb9d9d9aa2c7062.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırğızıstan prezidentinin fırıldaqçı "qohumları" saxlanıldı
qırğızıstan prezidentinin fırıldaqçı "qohumları" saxlanıldı
Qırğızıstanda prezidentin qohumu olduqlarını iddia edən fırıldaqçılar saxlanılıb
15:35 06.02.2022 (Yenilənib: 15:45 06.02.2022) Həmin şəxslər xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin idxalçılarına himayədarlıq ediblər.
BAKI, 6 fevral — Sputnik. Qırğızıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Sadır Japarovun qohumları və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyevin yaxın adamları olduqlarını iddia edən bir qrup dələduzu saxlayıb. Bu barədə RİA Novosti-yə DMTK-nın mətbuat xidmətindən məlumat verilib.
"Dövlət orqanlarında sistemli korrupsiyanın aradan qaldırılması istiqamətində aparılan işlərin gedişatında DMTK özlərini Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, onun qardaşı S.N. Japarovun qohumları kimi təqdim edən, həmçinin Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant K.K. Taşiyevlə sıx münasibətlərinin olduğunu bəyan edən şəxslər nəzarətə götürülüb", - deyə mətbuat xidmətinin nüməyndəsi bildirib.
Onun sözlərinə görə, müəyyən edilib ki, həmin şəxslər "Dövlət Gömrük Xidmətinin və Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərini qorxudaraq, xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin idxalçılarına himayədarlıq ediblər".
Hazırda dələduzların saxlanıldığı və onların barəsində cinayət işi açıldığı qeyd olunur.
DMTK vətəndaşları ayıq-sayıq olmağa, özünü vəzifəli şəxs kimi təqdim edən, bu və ya digər məsələnin həlli üçün pul tələb edən dələduzların əməllərinə uymamağa çağırıb.