Mingəçevir qəbiristanlığında alman dəqiqliyi - FOTOLAR
© Sputnik / Rahim MammadovMingəçevirdə alman qəbirstanlığı
© Sputnik / Rahim Mammadov
Abunə olmaq
Alman dəqiqliyi qəbristanlıqda da özünü büruzə verir: qəbirlər hansı tərəfdən baxsan, bir xəttin üzərində görünür.
BAKI, 6 fevral — Sputnik. Müharibələrdə qalib tərəf məğlubun ordusunu məhv etmək, silahlarını ələ keçirməklə yanaşı, hərbçilərini əsir götürüb öz məqsədləri üçün istifadə edirdi. İkinci Dünya müharibəsində qalib olan SSRİ alman əsgərlərini əsir götürüb daxilindəki respublikalara, müttəfiq ölkələrə yollayırdı.
Sputnik Azərbaycan xəbər verir ki, Mingəçevirə də həmin vaxt 10 minə yaxın hərbi əsir göndərilmişdi. Onlar əsasən Su elektrik stansiyasının, Kür çayı üzərində körpünün, Dram Teatrının binasının tikintisinə cəlb edilmişdilər. Müasir dövrdə də həmin tikililərdən bəziləri şəhərdə qalır.
© Sputnik / Rahim MammadovMingəçevirdə alman qəbirstanlığı
Mingəçevirdə alman qəbirstanlığı
© Sputnik / Rahim Mammadov
“Nur şəhəri”nə gətirilən hərbi əsirlər içərisində qocalar, malyariya xəstəliyinə yoluxanlar da olub. Vəfat edən 827 əsir şəhər ərazisində "alman qəbristanlığı" adlanan ərazidə dəfn edilib. Bunlardan yalnız iki nəfərin adı məlumdur.
Mingəçevir Tarix müzeyinin direktoru Nofər Məmmədəliyev yaşlı şəhər sakinlərindən almanlar haqqında eşitdiklərini Sputnik Azərbaycan-ın əməkdaşı ilə bölüşüb:
“Böyük Vətən müharibəsi zamanı Mingəçevirə də hərbi əsirlər göndərilib. Yaşlı şəhər sakinləri bildirirdilər ki, ilk vaxtlar alman hərbi əsirlərin üzərində ciddi nəzarət vardı. Sonra onlar öz dəqiqliyi, keyfiyyətli işləri ilə diqqət çəkməyə başladılar. Nəzarətçilər artıq onların başı üzərində durmadılar. Bizim yerli sakinlər də onlara isti yeməklər, yundan hazırlanan geyimlər verirdilər. Beş il işləyib sonra bəraət alan əsirlər öz ölkələrinə geri dönürdülər".
© Sputnik / Rahim MammadovMingəçevirdə alman qəbirstanlığı
1/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
© Sputnik / Rahim MammadovMingəçevirdə alman qəbirstanlığı
2/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
© Sputnik / Rahim MammadovMingəçevirdə alman qəbirstanlığı
3/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
© Sputnik / Rahim MammadovMingəçevirdə alman qəbirstanlığı
4/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
1/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
2/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
3/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
4/4
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə alman qəbirstanlığı
Nofər Məmmədəliyevin dediyinə görə, əsirlər arasında yaşlısı, xəstəsi də vardı. Dünyasını dəyişənlər Mingəçevirdə dəfn ediliblər. Maraqlıdır ki, onlar burada da o dəqiqliklərini qoruyub saxlayıblar:
"Hansı tərəfdən baxsan, qəbirlər bir xətt üzərində görünür. Bir məsələni də qeyd edim ki, həmin əsirlər arasında müxtəlif peşə sahibləri vardı. Villi Deş adlı yazar əsirlikdən 48 il sonra, 1998-ci ildə ölkəmizə gəlib, Mingəçevirdə salınan alman məzarlığını ziyarət edib. O, həmçinin əsirlikdə olduğu illərdə qələmə aldığı gündəlik xatirələr kitabını Mingəçevir Tarix müzeyinə verib. Biz onu tarixi eksponat kimi qoruyuruq”.
Qeyd edək ki, alman hərbi əsirlərin dəfn olunduğu qəbristanlıqda bəzən vəhşi heyvan və quşlar dolaşır. Yaxınlıqda yaşayan sakinlər onların qəbirləri dağıtmasına mane olur, məzarlığı kol-kosdan təmizləyirlər.
Həmçinin oxuyun: