CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar sosial şəbəkələrin tənzimlənməsini istəyirlər

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Millət vəkili Naqif Həmzəyev deyib ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də müəyyən tənzimləyici qanunun olması faydalı olardı.
BAKI, 6 fevral — Sputnik. Bir neçə gün öncə Milli Məclisin iclasında çıxış edən millət vəkili Elman Nəsirov bildirib ki, sosial şəbəkələr haqqında qanun hazırlanmasını təklif edir. Millət vəkili deyib ki, sosial şəbəkələrdə təhqirlər kütləvi xarakter alıb və mənfi halın qarşısının alınması üçün sosial şəbəkələr haqqında qanunun qəbul edilməsi günün tələbinə çevrilib.
Sputnik Azərbaycan deputatın bu təklifinə həmkarı, millət vəkili Naqif Həmzəyevin də yanaşmasını öyrənib.
Millət vəkili Naqif Həmzəyev deyib ki, sosial şəbəkələrin istifadəçiləri bir çox hallarda öz məsuliyyətlərini bilmirlər: "Təəssüflər olsun ki, bu məsuliyyətlər tənzimlənmir. İstifadəçilər buna görə də söyüş ritorikası ilə çıxış edirlər. Biz görürük ki, onlar tənqid və təhqiri qarışdırırlar. Bunun nəticəsi olaraq insanların haqları, hüquqları tapdanır".
Onun sözlərinə görə, bu həm də milli təhlükəsizlik məsələsidir və bu məsələ öndə dayanır: "Bir çox hallarda Azərbaycan informasiya məkanına sosial şəbəkələr vasitəsilə heç bir faydası olmayan informasiyalar gətirilir. Bu isə cəmiyyət içərisində çaşqınlığa səbəb olur. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də müəyyən tənzimləyici qanunun olması faydalı olardı".
Millət vəkili qeyd edib ki, biz həm də bununla Azərbaycan dilinin saflığını qoruya bilərik: "Əks-təqdirdə biz tamamilə başqa mənzərənin şahidi olacağıq. Faktiki olaraq bu gün sosial şəbəkələr tamamilə nəzarətsiz vəziyyətdədir. Bu nəzarətsizliyə saxta hesablar vasitəsilə cəmiyyət içində çaşqınlıq yaratmaq niyyətləri müşahidə olunur".
"Qanunvericiliyimizdə insan şərəf və ləyaqətinə toxunmaq cinayət tərkibi daşıyır. Bu məsələ söz azadlığında, hansısa fikir azadlığının qarşısının alınmasından söhbət getmir. Yalnız və yalnız qanunvericilik çərçivəsində insanların hüquqlarının qorunması və sosial şəbəkə istifadəçilərinə məsuliyyətlərini bilməsi məsələsi fikrimcə, öz həllini tapsa çox yaxşı olar. Bu məsələdən hər kəs fayda götürümş olar", – deyə millət vəkili bildirib.
Xəbər lenti
0