https://sputnik.az/20220206/boyuk-britaniyada-monarxiyanin-uzun-muddet-qorunub-saxlanmasinin-sirri-aciqlandi-438883471.html
Böyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının sirri açıqlandı
Böyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının sirri açıqlandı
Sputnik Azərbaycan
II Yelizavetanın hakimiyyəti təkcə öz müddətinə görə deyil, həm də çətin tarixi dövrlərdə hakimiyyətdə olmaqla demokratiyanı monarxiya ilə uzlaşdıra bildiyinə... 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T16:01+0400
2022-02-06T16:01+0400
2022-02-06T16:02+0400
london
dünya xəbərləri
kraliça ii yelizaveta
kraliça
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0b/427188015_0:147:3072:1875_1920x0_80_0_0_b695dcc2ddb9341eab7b3fb9505f5a14.jpg
BAKI, 6 fevral — Sputnik. Böyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının sirri açıqlandıBöyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının səbəbi gəlib-gedən siyasətçilərdən fərqi olaraq kraliça II Yelizavetanın daimi olmasındadır. Bunu RİA Novosti-yə müsahibəsində krallığın bioqrafı, Bukinhem Universitetinin müasir tarix üzrə professoru Ceyn Ridli deyib."Sadəcə, Böyük Britaniya bu fikirdədir ki, 21-ci əsrdə monarxiyaya ehtiyacı var. Və hesab edirəm ki, monarxiyanın mövcudluğu millətin həyatına cazibədarlıq, rəng qatır. Mənə elə gəlir ki, Kraliça vasitəçi, xalqa xidmət edən böyük nüfuza malik bir fiqur kimi çox mühüm rol oynayır. Gəlib-gedən siyasətçilərdən fərqli olaraq bu, daimidir", - deyə Ridli bildirib.Bioqraf, həmçinin hesab edir ki, II Yelizavetanın hakimiyyəti təkcə öz müddətinə görə deyil, həm də çətin tarixi dövrlərdə hakimiyyətdə olmaqla demokratiyanı monarxiya ilə uzlaşdıra bildiyinə görə unikaldır. Ridli qeyd edib ki, kraliça monarxiyanı atası və ulu babasının nümunəsi əsasında qurub.Ridli hesab edir ki, kraliça II Yelizavetanın populyarlığı iyunun əvvəlinə planlaşdırılan genişmiqyaslı şənliklərdə zirvəyə çatacaq və britaniyalılar ona xalqa göstərdiyi 70 illik xidmətinə görə təşəkkür edə biləcəklər. Professor kraliçanın varisi, şahzadə Çarlzın onun qədər populyar olub-olmayacağını proqnozlaşdırmaqda çətinlik çəkib, bununla belə, deyib ki, kraliçasının ölümündən sonra çətin ki, İngiltərədə monarxiyaya son qoyulsun. Onun fikrincə, Çarlz monarxiyada müəyyən istiqamətdə islahatlar aparmağa çalışacaq.Qeyd edək ki, II Yelizaveta 1952-ci il fevralın 6-da atası Kral VI Georqun ölümündən sonra taxta çıxıb. 2022-ci ildə hakimiyyətin 70 illiyi şərəfinə Sandrinhem sarayında ziyafət verib. Qəbul vaxtı kraliça Norfolk qraflığının sakinləri və yerli təşkilatların nümayəndələri ilə görüşüb. Bu, kraliça II Yelizavetanın ötən ilin oktyabrından bəri iştirak etdiyi ən böyük ictimai tədbir olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0b/427188015_186:0:2917:2048_1920x0_80_0_0_25d6520a633f7c1f58ad85bd4b8fec1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kraliça ii yelizavetanın hakimiyyət sirri çözüldü
kraliça ii yelizavetanın hakimiyyət sirri çözüldü
Böyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının sirri açıqlandı
16:01 06.02.2022 (Yenilənib: 16:02 06.02.2022) II Yelizavetanın hakimiyyəti təkcə öz müddətinə görə deyil, həm də çətin tarixi dövrlərdə hakimiyyətdə olmaqla demokratiyanı monarxiya ilə uzlaşdıra bildiyinə görə unikaldır.
BAKI, 6 fevral — Sputnik. Böyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının sirri açıqlandı
Böyük Britaniyada monarxiyanın uzun müddət qorunub saxlanmasının səbəbi gəlib-gedən siyasətçilərdən fərqi olaraq kraliça II Yelizavetanın daimi olmasındadır. Bunu RİA Novosti-yə müsahibəsində krallığın bioqrafı, Bukinhem Universitetinin müasir tarix üzrə professoru Ceyn Ridli deyib.
"Sadəcə, Böyük Britaniya bu fikirdədir ki, 21-ci əsrdə monarxiyaya ehtiyacı var. Və hesab edirəm ki, monarxiyanın mövcudluğu millətin həyatına cazibədarlıq, rəng qatır. Mənə elə gəlir ki, Kraliça vasitəçi, xalqa xidmət edən böyük nüfuza malik bir fiqur kimi çox mühüm rol oynayır. Gəlib-gedən siyasətçilərdən fərqli olaraq bu, daimidir", - deyə Ridli bildirib.
Bioqraf, həmçinin hesab edir ki, II Yelizavetanın hakimiyyəti təkcə öz müddətinə görə deyil, həm də çətin tarixi dövrlərdə hakimiyyətdə olmaqla demokratiyanı monarxiya ilə uzlaşdıra bildiyinə görə unikaldır. Ridli qeyd edib ki, kraliça monarxiyanı atası və ulu babasının nümunəsi əsasında qurub.
Ridli hesab edir ki, kraliça II Yelizavetanın populyarlığı iyunun əvvəlinə planlaşdırılan genişmiqyaslı şənliklərdə zirvəyə çatacaq və britaniyalılar ona xalqa göstərdiyi 70 illik xidmətinə görə təşəkkür edə biləcəklər.
Professor kraliçanın varisi, şahzadə Çarlzın onun qədər populyar olub-olmayacağını proqnozlaşdırmaqda çətinlik çəkib, bununla belə, deyib ki, kraliçasının ölümündən sonra çətin ki, İngiltərədə monarxiyaya son qoyulsun. Onun fikrincə, Çarlz monarxiyada müəyyən istiqamətdə islahatlar aparmağa çalışacaq.
Qeyd edək ki, II Yelizaveta 1952-ci il fevralın 6-da atası Kral VI Georqun ölümündən sonra taxta çıxıb. 2022-ci ildə hakimiyyətin 70 illiyi şərəfinə Sandrinhem sarayında ziyafət verib. Qəbul vaxtı kraliça Norfolk qraflığının sakinləri və yerli təşkilatların nümayəndələri ilə görüşüb. Bu, kraliça II Yelizavetanın ötən ilin oktyabrından bəri iştirak etdiyi ən böyük ictimai tədbir olub.