https://sputnik.az/20220206/azerbaycanlilar-kinoteatrda-neye-baxir-438880819.html
Azərbaycanlılar kinoteatrda nəyə baxır?
Azərbaycanlılar kinoteatrda nəyə baxır?
Sputnik Azərbaycan
Son zamanlar Azərbaycan kinoteatrlarında hansı filmlərə təlabat var? Tamaşaçı daha çox nəyə bamxaq istəyir? Yerli, yoxsa əcnəbi filmlərə? Sputnik Azərbaycan bu... 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T22:53+0400
2022-02-06T22:53+0400
2022-02-06T23:20+0400
kinoteatr
mədəniyyət
nizami kino mərkəzi
"cinemaplus"
park cinema
film
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239303_0:0:3073:1728_1920x0_80_0_0_0e09d4f58f7c9aa76c05a0a79ce93a6c.jpg
BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olundu. Qaydalara əsasən, zal 50% dolmalıdır. Bəs görəsən, son zamanlar Azərbaycan kinoteatrlarında hansı filmlərə təlabat var? Tamaşaçı daha çox nəyə bamxaq istəyir? Yerli, yoxsa əcnəbi filmlərə? Sputnik Azərbaycan bu məsələni araşdırıb."Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bildirir ki, tamaşaçılar xarici filmlərlə yanaşı, yerli filmlərə də maraq göstərir: "Hazırda (və deyərdim həmişəki kimi) "Park Cinema"nın qonaqları müxtəlif filmlərə üstünlük verir, halbuki, reperturarımızda olan filmlər hər bir zövqə uyğundur. Məsələn, Türk kinosunun fanatları "Benden Ne Olur?" və "Kesişme: İyi Kİ Varsın Eren" filmlərinə üstünlük verib, indi də onlar "Anka" filminə böyük maraq göstərir. Hollivuda gəlincə, "Spiderman: Evə Yol Yoxdur" filmi indiyənə kimi maraq doğurur. Yerli filmlərə gəldikdə isə "Zəhər tuluğu" və "5 Betər" filmlərini qeyd edə bilərəm. Kinoteatrlara ailəvi şəkildə gələnlər daha çox cizgi filmlərə bilet alır. Başqa sözlərlə, deyərdim ki, tamaşaçıların tərəfindən olan maraq sırf olaraq onların zövgündən aslıdır"."CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, tamaşaçılar əsasə yerli və türk filmlərinə, xüsusən də dram və komediya janrlarında olan filmlərə hazırda böyük maraq göstərir:"Təbii ki, digər xarici filmlərə də tələbat olur, bu da aktyorlardan da asılıdır. Bu gün daha çox Taleh Yüzbəyovun "Zəhər tuluğu" filminə böyük maraq var. Amma qeyd etmək istiyərdim ki, hazırda bir neçə yerli filmimiz var ki, onlar da tamaçılar tərəfdən izlənilir".Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə bildirib ki, bir film 3 həftə kinoteatrın repertuarda qalır. Sonradan çıxarılır. Tamaşaçılar isə daha çox komediya, dram və romantik filmlərə maraq göstərir: "Pandemiyadan əvvəl ildə 2-3 dəfə vətənpərvərlik mövzusunda olan filmlərin nümayişi də təşkil olunmuşdu. Vətənpərvərlik mövzusunda olan filmlərə hər kəsin baxması üçün pulsuz nümayişini təşkil edirdik. Bu layihə indi də davam edir. Müharibə dönəmindən sonra insanlar daha çox vətənpərpərlik mövzusnda olan filmlərə meyl edirlər. Bunun əyani sübutunu "Fulya" filminin təqdimatında gördük".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239303_14:0:2745:2048_1920x0_80_0_0_ce4b19effedbc2d8b8b22169670dfd16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kinoteatr, nizami kino mərkəzi, "cinemaplus", park cinema, film
kinoteatr, nizami kino mərkəzi, "cinemaplus", park cinema, film
Azərbaycanlılar kinoteatrda nəyə baxır?
22:53 06.02.2022 (Yenilənib: 23:20 06.02.2022) Son zamanlar Azərbaycan kinoteatrlarında hansı filmlərə təlabat var? Tamaşaçı daha çox nəyə bamxaq istəyir? Yerli, yoxsa əcnəbi filmlərə? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olundu. Qaydalara əsasən, zal 50% dolmalıdır. Bəs görəsən, son zamanlar Azərbaycan kinoteatrlarında hansı filmlərə təlabat var? Tamaşaçı daha çox nəyə bamxaq istəyir? Yerli, yoxsa əcnəbi filmlərə? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bildirir ki, tamaşaçılar xarici filmlərlə yanaşı, yerli filmlərə də maraq göstərir:
"Hazırda (və deyərdim həmişəki kimi) "Park Cinema"nın qonaqları müxtəlif filmlərə üstünlük verir, halbuki, reperturarımızda olan filmlər hər bir zövqə uyğundur. Məsələn, Türk kinosunun fanatları "Benden Ne Olur?" və "Kesişme: İyi Kİ Varsın Eren" filmlərinə üstünlük verib, indi də onlar "Anka" filminə böyük maraq göstərir.
Hollivuda gəlincə, "Spiderman: Evə Yol Yoxdur" filmi indiyənə kimi maraq doğurur. Yerli filmlərə gəldikdə isə "Zəhər tuluğu" və "5 Betər" filmlərini qeyd edə bilərəm. Kinoteatrlara ailəvi şəkildə gələnlər daha çox cizgi filmlərə bilet alır. Başqa sözlərlə, deyərdim ki, tamaşaçıların tərəfindən olan maraq sırf olaraq onların zövgündən aslıdır".
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, tamaşaçılar əsasə yerli və türk filmlərinə, xüsusən də dram və komediya janrlarında olan filmlərə hazırda böyük maraq göstərir:
"Təbii ki, digər xarici filmlərə də tələbat olur, bu da aktyorlardan da asılıdır. Bu gün daha çox Taleh Yüzbəyovun "Zəhər tuluğu" filminə böyük maraq var. Amma qeyd etmək istiyərdim ki, hazırda bir neçə yerli filmimiz var ki, onlar da tamaçılar tərəfdən izlənilir".
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə bildirib ki, bir film 3 həftə kinoteatrın repertuarda qalır. Sonradan çıxarılır. Tamaşaçılar isə daha çox komediya, dram və romantik filmlərə maraq göstərir:
"Pandemiyadan əvvəl ildə 2-3 dəfə vətənpərvərlik mövzusunda olan filmlərin nümayişi də təşkil olunmuşdu. Vətənpərvərlik mövzusunda olan filmlərə hər kəsin baxması üçün pulsuz nümayişini təşkil edirdik. Bu layihə indi də davam edir. Müharibə dönəmindən sonra insanlar daha çox vətənpərpərlik mövzusnda olan filmlərə meyl edirlər. Bunun əyani sübutunu "Fulya" filminin təqdimatında gördük".