https://sputnik.az/20220205/xacmazda-valideynler-ovladlarini-mektebe-yollamaqdan-ehtiyat-edirler-438867441.html
Xaçmazda valideynlər övladlarını məktəbə yollamaqdan ehtiyat edirlər
Xaçmazda valideynlər övladlarını məktəbə yollamaqdan ehtiyat edirlər
Sputnik Azərbaycan
Sakinlər vurğulayırlar ki, uşaqlar virusa məktəbdə yoluxaraq evdəki ailə üzvlərinə də yoluxdururlar.
2022-02-05T17:06+0400
2022-02-05T17:06+0400
2022-02-05T17:27+0400
kənd
təhsil
xaçmaz
orta məktəb
valideyn
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985158_361:523:3072:2048_1920x0_80_0_0_12327e26b5a906e52a281e15fa1f85bb.jpg
BAKI, 5 fevral — Sputnik. Bir neçə həftə olar ki, Xaçmazın Palıdlı kənd məktəbində uşaqlar və işçi qrupu arasında koronovirusa yoluxma halları kəskin şəkildə artıb. Koronovirusa qarşı müəyyən tədbirlər görülsə də nəticə ürəkaçan deyil. Məktəbdə 5-dən çox şagird, 3, texniki işçi və bir müəllim hal-hazırda xəstəliyə yoluxublar.Kənd sakinlərinin sözlərinə görə, bir neçə şagird də özünü narahat hiss edir. Təəssüflə bu halın gündən-günə artığını bildirirlər.Sakinlər onu da vurğuladılar ki, uşaqlar virusa məktəbdə yoluxaraq evdəki ailə üzvlərinə də yoluxdururlar: "Bunun nəticəsində kəndə yoluxma halları kəskin şəkildə artıb. Buna baxmayaraq məktəb hələ də distant təhsilə keçməyib".Mələsə ilə bağlı Xaçmaz rayon təhsil şöbəsinin müdiri İnqilab Musayev ilə əlaqə saxlayıb məsələni araşdırmaq qərarına gəldik. İnqilab müəllim Sputnik Azərbaycan-a olanları təsdiqlədi və bir sinfin distan təhsilə keçdiyini də bildirdi:"Bəli, bir neçə həftədir ki, Palıdlı kənd məktəbində virusa yoluxma halları artıb. Mən bununla bağlı bir neçə gün öncə məktəbdə oldum. Məktəb direktoru və müəllimlərlə həmsöhbət olub qalan şagirdlərin yoluxmaması üçün əllərindən gələni etmələrini bildirdim. Biz artıq bir sinfin baglanması və distant təhsilə keçməsi üçün təlimat verdik. Qalan şagirdlərin yoluxmaması üçün əlimizdən gələni etməyə çalışırıq".İ.Musayev onu da qeyd etdi ki, yoluxmanın artması üzündən rayonun İstisu qəsəbəsindəki kənd orta məktəbində də bir sinif distant təhsilə keçib.Kənd sakinlərini onuda bildirdilər ki, əgər belə davam etsə, uşaqlarını məktəbə yollamaqdan imtina edəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Uşaqlar arasında yayılmış xəstəlik nədir? - Baş infeksionistdən açıqlama
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985158_679:420:2850:2048_1920x0_80_0_0_d20526689941b6a3ce88d0f85c67a299.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xaçmazda valideynlər övladlarını məktəbə yollamaqdan ehtiyat edirlər
xaçmazda valideynlər övladlarını məktəbə yollamaqdan ehtiyat edirlər
Xaçmazda valideynlər övladlarını məktəbə yollamaqdan ehtiyat edirlər
17:06 05.02.2022 (Yenilənib: 17:27 05.02.2022) Bu təhsil ocağında həyəcan təbili çalınır. Valideynlər övladlarını məktəbə yollamaqdan ehtiyat edirlər.
BAKI, 5 fevral — Sputnik. Bir neçə həftə olar ki, Xaçmazın Palıdlı kənd məktəbində uşaqlar və işçi qrupu arasında koronovirusa yoluxma halları kəskin şəkildə artıb. Koronovirusa qarşı müəyyən tədbirlər görülsə də nəticə ürəkaçan deyil. Məktəbdə 5-dən çox şagird, 3, texniki işçi və bir müəllim hal-hazırda xəstəliyə yoluxublar.
Kənd sakinlərinin sözlərinə görə, bir neçə şagird də özünü narahat hiss edir. Təəssüflə bu halın gündən-günə artığını bildirirlər.
Sakinlər onu da vurğuladılar ki, uşaqlar virusa məktəbdə yoluxaraq evdəki ailə üzvlərinə də yoluxdururlar:
"Bunun nəticəsində kəndə yoluxma halları kəskin şəkildə artıb. Buna baxmayaraq məktəb hələ də distant təhsilə keçməyib".
Mələsə ilə bağlı Xaçmaz rayon təhsil şöbəsinin müdiri İnqilab Musayev ilə əlaqə saxlayıb məsələni araşdırmaq qərarına gəldik. İnqilab müəllim Sputnik Azərbaycan-a olanları təsdiqlədi və bir sinfin distan təhsilə keçdiyini də bildirdi:
"Bəli, bir neçə həftədir ki, Palıdlı kənd məktəbində virusa yoluxma halları artıb. Mən bununla bağlı bir neçə gün öncə məktəbdə oldum. Məktəb direktoru və müəllimlərlə həmsöhbət olub qalan şagirdlərin yoluxmaması üçün əllərindən gələni etmələrini bildirdim. Biz artıq bir sinfin baglanması və distant təhsilə keçməsi üçün təlimat verdik. Qalan şagirdlərin yoluxmaması üçün əlimizdən gələni etməyə çalışırıq".
İ.Musayev onu da qeyd etdi ki, yoluxmanın artması üzündən rayonun İstisu qəsəbəsindəki kənd orta məktəbində də bir sinif distant təhsilə keçib.
Kənd sakinlərini onuda bildirdilər ki, əgər belə davam etsə, uşaqlarını məktəbə yollamaqdan imtina edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.