CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minatəmizləmə işlərinə yerli şirkətlər cəlb olunub

© Photo : REPORTmina
mina - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın təlimlərində iştirak edib.
BAKI, 5 fevral — Sputnik. Ölkənin biznes mühitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması, dövlət və özəl sektor arasında davamlı inkişaf çərçivəsində minatəmizləmə sahəsində ixtisaslaşmış yerli şirkətlərlə əməkdaşlıq imkanları yaradılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sputnik Azərbaycan-a bildiriblər ki, Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunub.
2022-ci il fevralın 1-də ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak edib və akkreditasiyadan keçirilib.
Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər beynəlxalq minatəmizləmə standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Masazır qəsəbəsində top mərmisi tapılıb
Ağdamdakı yeni mobil səhra düşərgəsindən görüntülər
Bərdə-Ağdam Dəmiryolu layihəsi üzrə 10 kilometr ərazi təmizlənib
Xəbər lenti
0