https://sputnik.az/20220205/daha-bir-sernisin-avtobusu-susaya-yola-salinib-438863693.html
Daha bir sərnişin avtobusu Şuşaya yola salınıb
Daha bir sərnişin avtobusu Şuşaya yola salınıb
Sputnik Azərbaycan
Son məlumata görə, Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar.
2022-02-05T14:03+0400
2022-02-05T14:03+0400
2022-02-05T14:03+0400
azərbaycan xəbərləri
şuşa
avtobus
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438452455_0:0:1920:1080_1920x0_80_0_0_84dbd914fdd2178a136d3e8109e52053.jpg
BAKI, 5 fevral — Sputnik. Bu gün Bakı-Şuşa-Bakı müntəzəm avtobus reysi üzrə daha bir sərnişin avtobusu yola çıxıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.Onun sözlərinə görə, görə bu gün səhər saat 06:30 radələrində Bakı-Şuşa-Bakı istiqaməti üzrə bir reys yola düşüb. Onun sözlərinə görə Bakı-Şuşa-Bakı reysi üzrə artıq həftənin üç günü reyslər həyata keçirilir:“Hər həftənin çərşənbə, şənbə və bazar günü avtobuslarla sərnişindaşıma təmin edilir”.Son məlumata görə, Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar.Səfərlə bağlı son dəyişikliklərMarşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı-Şuşa-Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.Önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.Xatırladaq ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.Bilet satışı onlayn qaydada "Yolumuz Qarabağa" portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə də Ağdama bilet ala bilərlər.Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir".Xatırladaq ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir.Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə altı saatdır. Şuşa və Ağdamda ziyarət üçün iki saat yarım vaxt ayrılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:UNESCO Qarabağ xalçalarının oğurlanması ilə bağlı konkret addımlar atmır - NazirQarabağ və Şərqi Zəngəzurda daha bir layihəyə start verildiAzərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib - Tam mətn
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438452455_240:0:1680:1080_1920x0_80_0_0_3f19932b416fd3a3cd42a351c3121f99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
daha bir sərnişin avtobusu şuşaya yola salınıb
daha bir sərnişin avtobusu şuşaya yola salınıb
Daha bir sərnişin avtobusu Şuşaya yola salınıb
Son məlumata görə, Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar.
BAKI, 5 fevral — Sputnik. Bu gün Bakı-Şuşa-Bakı müntəzəm avtobus reysi üzrə daha bir sərnişin avtobusu yola çıxıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.
Onun sözlərinə görə, görə bu gün səhər saat 06:30 radələrində Bakı-Şuşa-Bakı istiqaməti üzrə bir reys yola düşüb. Onun sözlərinə görə Bakı-Şuşa-Bakı reysi üzrə artıq həftənin üç günü reyslər həyata keçirilir:
“Hər həftənin çərşənbə, şənbə və bazar günü avtobuslarla sərnişindaşıma təmin edilir”.
Son məlumata görə, Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar.
Səfərlə bağlı son dəyişikliklər
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı-Şuşa-Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.
Önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.
Xatırladaq ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bilet satışı onlayn qaydada "Yolumuz Qarabağa" portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.
İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə də Ağdama bilet ala bilərlər.
Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir".
Xatırladaq ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.
Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir.
Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə altı saatdır. Şuşa və Ağdamda ziyarət üçün iki saat yarım vaxt ayrılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.