https://sputnik.az/20220205/azerbaycandan-avropaya-yukler-hansi-yolla-dasinacaq-438790536.html
Azərbaycandan Avropaya yüklər hansı yolla daşınacaq?
Azərbaycandan Avropaya yüklər hansı yolla daşınacaq?
Sputnik Azərbaycan
Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək 05.02.2022, Sputnik Azərbaycan
2022-02-05T06:15+0400
2022-02-05T06:15+0400
2022-02-05T06:15+0400
asiya
cəmiyyət
rəşt
rəşt-astara dəmir yolu
avropa
https://cdnn1.img.sputnik.az/img/40925/60/409256055_0:52:1000:615_1920x0_80_0_0_848cb4218b6a6940a31073458f9d21cc.jpg
BAKI, 5 fevral — Sputnik. Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən və İran iqtisadiyyatına böyük töhfə verəcək Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir.Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki, Finlandiyaya qədər uzanan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu Avropa ilə Asiyanı birləşdirəcək. Yüklərin tranzit daşınmasından yalnız İran deyil, Rusiya və digər region ölkələri də gəlir əldə edəcəklər. İran 164 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq üçün ciddi səylər göstərməlidir.Səfir nəzərə çatdırıb ki, Çindən, Hindistandan və digər Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən yüklər İrandan tranzit keçərək Rəşt-Astara dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq.Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək. İranın Bəndər-Abbas və Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərlərini birləşdirən 8,5 kilometrlik dəmir yolu da inşa olunub. Rəşt-Astara yolu istismara buraxıldıqdan sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti işə salınacaq.
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40925/60/409256055_56:0:945:667_1920x0_80_0_0_1ebb39310e7128296aeb09d6d576f16a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
asiya, rəşt, rəşt-astara dəmir yolu, avropa
asiya, rəşt, rəşt-astara dəmir yolu, avropa
Azərbaycandan Avropaya yüklər hansı yolla daşınacaq?
Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək
BAKI, 5 fevral — Sputnik. Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən və İran iqtisadiyyatına böyük töhfə verəcək Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki, Finlandiyaya qədər uzanan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu Avropa ilə Asiyanı birləşdirəcək. Yüklərin tranzit daşınmasından yalnız İran deyil, Rusiya və digər region ölkələri də gəlir əldə edəcəklər. İran 164 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq üçün ciddi səylər göstərməlidir.
Səfir nəzərə çatdırıb ki, Çindən, Hindistandan və digər Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən yüklər İrandan tranzit keçərək Rəşt-Astara dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq.
Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək. İranın Bəndər-Abbas və Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərlərini birləşdirən 8,5 kilometrlik dəmir yolu da inşa olunub. Rəşt-Astara yolu istismara buraxıldıqdan sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti işə salınacaq.