https://sputnik.az/20220204/rusiya-ve-turkiye-xarici-isler-nazirlerinin-muavinleri-moskvada-meslehetlesmeler-apariblar-438853623.html
Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Moskvada məsləhətləşmələr aparıblar
Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Moskvada məsləhətləşmələr aparıblar
Sputnik Azərbaycan
Məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və... 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T20:35+0400
2022-02-04T20:35+0400
2022-02-04T21:30+0400
rusiya
türkiyə
moskva
https://cdnn1.img.sputnik.az/img/41270/71/412707193_0:160:3073:1888_1920x0_80_0_0_6b5468843198734b0f7f4cc2e3daf46b.jpg
BAKI, 4 fevral - Sputnik. Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Türkiyə Respublikasının xarici işlər nazirinin müavini F.Kaymakcının iştirakı ilə məsləhətləşmələr keçirilib.Rusiya XİN-in yaydığı məlumata görə, məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və səmimi fikir mübadiləsi aparılıb.Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilərək, daxili siyasi vəziyyətin 1995-ci ildə imzalanan Dayton Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb. APA-nın xəbərinə görə, Bu məqsədlə Rusiya-Türkiyə əməkdaşlığının intensivləşdirilməsi variantları müzakirə edilib.Kosovoda nizamlanma kontekstində Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında Belqrad və Priştina tərəfindən həyat qabiliyyətli və qarşılıqlı məqbul həllin əldə edilməsi lehinə təsdiqlənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Putin Türkiyəyə səfər edəcək – Kreml anons etdiKreml Türkiyə prezidentinin Rusiya və Ukrayna liderlərinə yönəlik dəvətinə cavab verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41270/71/412707193_170:0:2901:2048_1920x0_80_0_0_db60100b456d8b097bf6da6f927b517d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, moskva
Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Moskvada məsləhətləşmələr aparıblar
20:35 04.02.2022 (Yenilənib: 21:30 04.02.2022) Məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və səmimi fikir mübadiləsi aparılıb.
BAKI, 4 fevral - Sputnik. Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Türkiyə Respublikasının xarici işlər nazirinin müavini F.Kaymakcının iştirakı ilə məsləhətləşmələr keçirilib.
Rusiya XİN-in yaydığı məlumata görə, məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və səmimi fikir mübadiləsi aparılıb.
Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilərək, daxili siyasi vəziyyətin 1995-ci ildə imzalanan Dayton Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb. APA-nın xəbərinə görə, Bu məqsədlə Rusiya-Türkiyə əməkdaşlığının intensivləşdirilməsi variantları müzakirə edilib.
Kosovoda nizamlanma kontekstində Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında Belqrad və Priştina tərəfindən həyat qabiliyyətli və qarşılıqlı məqbul həllin əldə edilməsi lehinə təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.