https://sputnik.az/20220119/erdogan-putin-ve-zelenskini-turkiyeye-devet-etdi-438305374.html
Kreml Türkiyə prezidentinin Rusiya və Ukrayna liderlərinə yönəlik dəvətinə cavab verdi
Kreml Türkiyə prezidentinin Rusiya və Ukrayna liderlərinə yönəlik dəvətinə cavab verdi
Sputnik Azərbaycan
Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T14:41+0400
2022-01-19T14:41+0400
2022-01-19T14:42+0400
dünya xəbərləri
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071546_0:166:3051:1882_1920x0_80_0_0_50facd27b2721577b40e83a379f26b67.jpg
BAKI, 19 yanvar — Sputnik. Kreml Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Ukrayna ilə bağlı təklifinə reaksiya verib.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, əgər Türkiyə Ukraynaya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təsir göstərə bilsə,bunu yalnız alqışlamaq olar."Biz istənilən ölkənin Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək səylərini alqışlayırıq. Rusiya və Ukrayna arasında əsas fikir ayrılıqları məhz Kiyev tərəfindən Minsk razılaşmalarının icra prosesinin dayandırılması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər götürdükləri razılaşmaları və öhdəlikləri yerinə yetirməyə sövq edə bilsələr, bunu yalnız alqışlamaq olar", - Peskov deyib. O əlavə edib ki, təmasların keçirilmə yeri ikinci dərəcəli məsələdir. Əsas Ukraynaya təsir etməkdir. ***Türkiyə prezidenti Rusiya və Ukrayna liderlərini Ankaraya dəvət etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə həftədən sonra Ukraynaya rəsmi səfəri gözlənilir. Səfər ərəfəsində Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini Türkiyəyə dəvət edib. Sputnik Azərbaycan TRT Haber-ə istinadla bildirir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib. "Circle Foundation"-nın təşkil etdiyi tədbirdə Rusiya-Ukrayna arasındakı gərginliyin NATO-ya mümkün təsirləri barədə danışan Kalın Ərdoğanın hər iki lideri aralarındakı problemi, fikir ayrılığını həll etmək üçün Türkiyəyə dəvət etdiyini deyib."Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edir", – deyə o vurğulayıb.Qeyd edək ki, Ərdoğanın bir neçə həftə ərzində Ukraynaya səfərə gedəcəyini bildirən İbrahim Kalın Türkiyə liderinin Vladimir Zelenski ilə görüşəcəyini deyib."Biz, həmçinin ruslarla sıx təmasda olacağıq ki, ağır nəticələrə səbəb ola biləcək hər hansı hərbi əməliyyatdan uzaq olaq", – deyə mətbuat katibi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071546_160:0:2891:2048_1920x0_80_0_0_d740817a4a89c5e7456ee1a0fc278b20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdogan putin və zelenskini ankaraya niyə çağırıb
ərdogan putin və zelenskini ankaraya niyə çağırıb
Kreml Türkiyə prezidentinin Rusiya və Ukrayna liderlərinə yönəlik dəvətinə cavab verdi
14:41 19.01.2022 (Yenilənib: 14:42 19.01.2022) Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır.
BAKI, 19 yanvar — Sputnik. Kreml Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Ukrayna ilə bağlı təklifinə reaksiya verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, əgər Türkiyə Ukraynaya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təsir göstərə bilsə,bunu yalnız alqışlamaq olar.
"Biz istənilən ölkənin Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək səylərini alqışlayırıq. Rusiya və Ukrayna arasında əsas fikir ayrılıqları məhz Kiyev tərəfindən Minsk razılaşmalarının icra prosesinin dayandırılması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər götürdükləri razılaşmaları və öhdəlikləri yerinə yetirməyə sövq edə bilsələr, bunu yalnız alqışlamaq olar", - Peskov deyib.
O əlavə edib ki, təmasların keçirilmə yeri ikinci dərəcəli məsələdir. Əsas Ukraynaya təsir etməkdir.
Türkiyə prezidenti Rusiya və Ukrayna liderlərini Ankaraya dəvət etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə həftədən sonra Ukraynaya rəsmi səfəri gözlənilir.
Səfər ərəfəsində Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini Türkiyəyə dəvət edib. Sputnik Azərbaycan TRT Haber-ə istinadla bildirir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.
"Circle Foundation"-nın təşkil etdiyi tədbirdə Rusiya-Ukrayna arasındakı gərginliyin NATO-ya mümkün təsirləri barədə danışan Kalın Ərdoğanın hər iki lideri aralarındakı problemi, fikir ayrılığını həll etmək üçün Türkiyəyə dəvət etdiyini deyib.
"Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edir", – deyə o vurğulayıb.
Qeyd edək ki, Ərdoğanın bir neçə həftə ərzində Ukraynaya səfərə gedəcəyini bildirən İbrahim Kalın Türkiyə liderinin Vladimir Zelenski ilə görüşəcəyini deyib.
"Biz, həmçinin ruslarla sıx təmasda olacağıq ki, ağır nəticələrə səbəb ola biləcək hər hansı hərbi əməliyyatdan uzaq olaq", – deyə mətbuat katibi əlavə edib.