Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Popular müğənni öz ad gününü uşaq evinin sakinləri ilə qeyd etdi - VİDEO

Damla  - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
34 yaşını valideyn himayəsindən məhrum olan uşaqlarla qeyd edən müğənni, aylardır ki, bu günə hazırlaşdığını qeyd edib.
BAKI, 4 fevral — Sputnik. Tanınmış müğənni Damla doğum gününü ötən gün uşaq evinin sakinləri ilə qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında məlumat verib.
Şəhər restoranlarının birində məclis təşkil edən Damla onlarla əylənib.
"Həyatımda ilk dəfə ad günümü qeyd etdim. Aylardır bu günə hazırlaşırıq. Valideyn himayəsindən məhrum olan körpələrimizlə əvəzsiz bir gün yaşadım. Allahıma çox şükürlər olsun ki, mənə bu günü yaşatdı", - deyə ifaçı yazıb.
Qeyd edək ki, Damla müğənniliklə yanaşı, bir çox filmlərdə rol alıb.
Xəbər lenti
0