Pekində yeni dünya rekordu qeydə alınıb - VİDEO

© REUTERS / CIRO DE LUCASuy Ventszin və Han Tsun
Suy Ventszin və Han Tsun - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus olub.
BAKI, 4 fevral — Sputnik. Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun komandaların yarışında cütlüklərin qısa proqramında 82,83 xal toplayıblar.
Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus olub. Onlar 12 - 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Bu cütlük Pekin-2022-də isə 82,64 xalla ikinci olub.
Komanda yarışının 3 mərhələsindən sonra ABŞ seçməsi 28 xalla liderdir. 26 xala malik Rusiya ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.
Azərbaycanın Olimpiya komandası fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.
Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Yekaterina Ryabovanın yarışı fevralın 15-də və 17-də baş tutacaq.
Pekin Qış Olimpiya Oyunlarına ümumilikdə 19 min könüllü cəlb olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında təşkilat komitəsinin vitse-prezidenti Yanq Şuan məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0