https://sputnik.az/20220204/azerbaycanda-serab-sammiti-kecirilecek-438840787.html
Azərbaycanda Şərab Sammiti keçiriləcək
Azərbaycanda Şərab Sammiti keçiriləcək
Sputnik Azərbaycan
Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitini və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil... 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T17:46+0400
2022-02-04T17:46+0400
2022-02-04T17:46+0400
azərbaycan
cəmiyyət
şərab
https://cdnn1.img.sputnik.az/img/41742/12/417421274_0:51:1001:614_1920x0_80_0_0_1199b97e117a44404b807eb32d536355.jpg
BAKI, 4 fevral — Sputnik. "Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması" layihəsi çərçivəsində Azərbaycan şərab ixracatçıları bu ilin 8-12 mart tarixlərində Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim edəcəklər.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) "APA-Economics"ə məlumat verilib. Proqrama Plovdiv şəhərində keçiriləcək VINARIA şərab sərgisində iştirak daxildir.Daha sonra, 14 mart tarixində Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammiti və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil olunacaq.Qeyd edək ki, "Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması" layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir.Xatırladaq ki, ötən ilin oktyabrın 23-də Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycan Turizm Bürosu "Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu" mükafatı ilə təltif olunub.Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən "İter Vitis" beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/12/417421274_56:0:943:665_1920x0_80_0_0_87b06d894e3ff0703ea2cfe92c312a6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, şərab
Azərbaycanda Şərab Sammiti keçiriləcək
Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitini və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil olunacaq.
BAKI, 4 fevral — Sputnik. "Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması" layihəsi çərçivəsində Azərbaycan şərab ixracatçıları bu ilin 8-12 mart tarixlərində Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim edəcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) "APA-Economics"ə məlumat verilib. Proqrama Plovdiv şəhərində keçiriləcək VINARIA şərab sərgisində iştirak daxildir.
Daha sonra, 14 mart tarixində Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammiti və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil olunacaq.
Qeyd edək ki, "Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması" layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir.
Xatırladaq ki, ötən ilin oktyabrın 23-də Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycan Turizm Bürosu "Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu" mükafatı ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən "İter Vitis" beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.