https://sputnik.az/20220204/azerbaycanda-psixiatriya-xestexanasindan-2-nefer-qacdi-438825086.html
Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçdı
Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçdı
Sputnik Azərbaycan
Onlar xəstəxananın inzibati binasının arxa hissəsindən həyətə çıxışı olan qapının qıfılını qıraraq qaçıblar. 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T09:45+0400
2022-02-04T09:45+0400
2022-02-04T09:45+0400
hadisə
psixiatrik xəstəxana
xəstə
qaçış
şəki
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1d/424555660_0:202:1939:1292_1920x0_80_0_0_ba103eed2da03968faa49a789e7f9df5.jpg
BAKI, 4 fevral – Sputnik. Şəki rayon sakinləri - Elsəvər Salehov və Mahir Orucov müalicə aldıqları Şəki Rayon Psixiatriya Xəstəxanasından qaçıblar. Hadisə gecə saatlarında baş verib və xəstələrin xəstəxanadan qaçması müşahidə kameralarına da düşüb. Onlar xəstəxananın inzibati binasının arxa hissəsindən həyətə çıxışı olan qapının qıfılını qıraraq qaçıblar. Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hər iki xəstə uzun müddətdir ki, orada müalicə alır. Onların biri orta yaşlı, digəri isə gənc xəstədir.DİN-in Şəki Regional Qrupunun əməkdaşı Mahir Məsimov bildirib ki, xəstələrin qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.“Dərhal tədbirlər görüldü və xəstələr tez zamanda mühafizə polisi tərəfindən saxlanaraq xəstəxanaya təhvil verildilər. Xoşbəxtlikdən, xəstələr heç bir xoşagəlməz hal törətməyiblər”, – M. Məsimov əlavə edib.Elsəvər Salehov və Mahir Orucovun müalicəsi xəstəxanada davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1d/424555660_28:0:1751:1292_1920x0_80_0_0_fab10bb6c0642b36987a294112a13e55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şəki psixiatriya xəstəxanasından 2 nəfər qaçdı
şəki psixiatriya xəstəxanasından 2 nəfər qaçdı
Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçdı
Onlar xəstəxananın inzibati binasının arxa hissəsindən həyətə çıxışı olan qapının qıfılını qıraraq qaçıblar.
BAKI, 4 fevral – Sputnik. Şəki rayon sakinləri - Elsəvər Salehov və Mahir Orucov müalicə aldıqları Şəki Rayon Psixiatriya Xəstəxanasından qaçıblar.
Hadisə gecə saatlarında baş verib və xəstələrin xəstəxanadan qaçması müşahidə kameralarına da düşüb. Onlar xəstəxananın inzibati binasının arxa hissəsindən həyətə çıxışı olan qapının qıfılını qıraraq qaçıblar.
Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hər iki xəstə uzun müddətdir ki, orada müalicə alır. Onların biri orta yaşlı, digəri isə gənc xəstədir.
“İki nəfər xəstə gəzinti yerində olan qıfılı qırıb, sonra da xəstəxananı tərk edib. Hadisə barədə dərhal polisə məlumat verdik”, - deyə baş həkim qeyd edib.
DİN-in Şəki Regional Qrupunun əməkdaşı Mahir Məsimov bildirib ki, xəstələrin qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
“Dərhal tədbirlər görüldü və xəstələr tez zamanda mühafizə polisi tərəfindən saxlanaraq xəstəxanaya təhvil verildilər. Xoşbəxtlikdən, xəstələr heç bir xoşagəlməz hal törətməyiblər”, – M. Məsimov əlavə edib.
Elsəvər Salehov və Mahir Orucovun müalicəsi xəstəxanada davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.