https://sputnik.az/20220204/azerbaycan-sefirliyi-ermeni-texribati-ile-bagli-aciqlama-yaydi---tapsiriqlar-verildi-438841165.html
Azərbaycan səfirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı - tapşırıqlar verildi
Azərbaycan səfirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı - tapşırıqlar verildi
Sputnik Azərbaycan
Görüşdə "Биэйдж Бренди Компани" şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən... 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T16:55+0400
2022-02-04T16:55+0400
2022-02-04T17:03+0400
azərbaycan
siyasət
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434970978_0:103:2000:1228_1920x0_80_0_0_d3e4174a0d03db5c6f50c5bbe05108c6.jpg
BAKI, 4 fevral — Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada keçiriləcək "Prodekspo-2022" beynəlxalq ərzaq sərgisində planlaşdırılan erməni təxribatı ilə bağlı məlumat yayıb.Sputnik Azərbaycan xəbər verir ki, səfirlikdən "Report"a daxil olan açıqlamada 7-11 fevral 2022-ci il tarixində Moskvada keçiriləcək "Prodekspo-2022" beynəlxalq ərzaq sərgisində iştirakı nəzərdə tutulan "Биэйдж Бренди Компани" erməni şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı müxtəlif KİV və sosial şəbəkələrdə yayılan məlumata istinadən aşağıdakılar qeyd edilib:"3 fevral 2022-ci il tarixində səfirliyin məsul diplomatları məsələ ilə əlaqədar sərginin keçiriləcəyi "Eksposentr" Mərkəzi Sərgi Kompleksinin müvafiq rəhbər işçiləri ilə görüş keçiriblər.Görüşdə "Биэйдж Бренди Компани" şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanıb.Cavab olaraq bildirilib ki, həmin şirkətin təqdim etdiyi sənədlərdə şirkət Yerevanda göstərilən ünvan üzrə qeydiyyata alınmış, "Prodekspo" saytında isə "Artsax" və ya "Dağlıq Qarabağ"ı əks etdirən hər hansı yazı və simvollar mövcud deyil. Qeyd edilib ki, sözügedən şirkətin baş ofisinin "Ermənistan, Artsax (Dağlıq Qarabağ), Stepanakert, Tumanyan küç., ev 50"də qeydiyyatda olması erməni informasiya saytı "spyur.am"da verilmiş, həmin saytda son yenilənmə 16 mart 2021-ci il tarixini göstərir ki, bu məlumat da hazırki vəziyyəti əks etdirmir.Xüsusi olaraq vurğulanıb ki, xoşagəlməz halları istisna etmək üçün müvafiq tapşırıqlar verilib. Qeyd edilən məlumat bir daha yoxlanılacaq və öz təsdiqini tapacağı təqdirdə, həmin şirkət sərgiyə buraxılmayacaqdır. Məsələ səfirliyin xüsusi nəzarəti altındadır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434970978_114:0:1887:1330_1920x0_80_0_0_3bec9df6bca9bc87fa43dd28072d142a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan səfirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı
azərbaycan səfirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı
Azərbaycan səfirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı - tapşırıqlar verildi
16:55 04.02.2022 (Yenilənib: 17:03 04.02.2022) Görüşdə "Биэйдж Бренди Компани" şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanıb.
BAKI, 4 fevral — Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada keçiriləcək "Prodekspo-2022" beynəlxalq ərzaq sərgisində planlaşdırılan erməni təxribatı ilə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, səfirlikdən "Report"a daxil olan açıqlamada 7-11 fevral 2022-ci il tarixində Moskvada keçiriləcək "Prodekspo-2022" beynəlxalq ərzaq sərgisində iştirakı nəzərdə tutulan "Биэйдж Бренди Компани" erməni şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı müxtəlif KİV və sosial şəbəkələrdə yayılan məlumata istinadən aşağıdakılar qeyd edilib:
"3 fevral 2022-ci il tarixində səfirliyin məsul diplomatları məsələ ilə əlaqədar sərginin keçiriləcəyi "Eksposentr" Mərkəzi Sərgi Kompleksinin müvafiq rəhbər işçiləri ilə görüş keçiriblər.
Görüşdə "Биэйдж Бренди Компани" şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanıb.
Cavab olaraq bildirilib ki, həmin şirkətin təqdim etdiyi sənədlərdə şirkət Yerevanda göstərilən ünvan üzrə qeydiyyata alınmış, "Prodekspo" saytında isə "Artsax" və ya "Dağlıq Qarabağ"ı əks etdirən hər hansı yazı və simvollar mövcud deyil. Qeyd edilib ki, sözügedən şirkətin baş ofisinin "Ermənistan, Artsax (Dağlıq Qarabağ), Stepanakert, Tumanyan küç., ev 50"də qeydiyyatda olması erməni informasiya saytı "spyur.am"da verilmiş, həmin saytda son yenilənmə 16 mart 2021-ci il tarixini göstərir ki, bu məlumat da hazırki vəziyyəti əks etdirmir.
Xüsusi olaraq vurğulanıb ki, xoşagəlməz halları istisna etmək üçün müvafiq tapşırıqlar verilib. Qeyd edilən məlumat bir daha yoxlanılacaq və öz təsdiqini tapacağı təqdirdə, həmin şirkət sərgiyə buraxılmayacaqdır. Məsələ səfirliyin xüsusi nəzarəti altındadır".