Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus xəstələri ictimai yerlərdə dolaşırlar, onların qarşısını almaq mümkün deyil

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi  - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə cinayət işi başlanılıb.
BAKI, 3 fevral — Sputnik. Fevralın 2-də polis əməkdaşları respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6620 yoluxma faktı qeydə alınıb
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6620 yoluxma faktı qeydə alınıb, 3385 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 670 min 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 min 727 nəfər müalicə olunaraq sağalıb, 8 min 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 807 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 797, bu günə qədər isə ümumilikdə 6 milyon 191 min 130 test icra olunub.
Xəbər lenti
0