QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulidə “Osa” zenit raketləri aşkar olunub

© Sputnik / Emin AlisahibFüzulidə “Osa” zenit raketləri aşkar olunub
Füzulidə “Osa” zenit raketləri aşkar olunub - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə düşmən ordusu mövqelərini və silah sursatlarını qoyub qaçmaq məcburiyyətində qaldı.
BAKI, 3 fevral — Sputnik. İşğaldan azad edilən Füzuli rayonunun ərazisində aşkar edilən rakletlər döyüşə yayarlıdır. Sputnik Azərbaycan-ın regional müxbiri xəbər verir ki, raketlərin təhlükəsiz yerə daşınması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə düşmən ordusu mövqelərini və silah sursatlarını qoyub qaçmaq məcburiyyətində qaldı.
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər həyata keçrilir.
© Sputnik / Emin AlisahibFüzulidə “Osa” zenit raketləri aşkar olunub
Raket qalığları - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Füzulidə “Osa” zenit raketləri aşkar olunub
Ərazidə xidmət aparan Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən raketlər aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun Baş İnspektoru, Polis Baş Leytinantı Aslan Qiyaslı bildirib ki, raketlər təhlükəsiz yerə daşınacaq.
© Sputnik / Emin AlisahibFüzulidə “Osa” zenit raketləri aşkar olunub
Raket qalığları - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Füzulidə “Osa” zenit raketləri aşkar olunub
“Füzuli rayon polis şöbəsinin rayonun işğaldan azad edilmiş ərazilərində, keçirdikləri tədbirlər zamanı hava hücumundan müdafiə sistemi olan Osa zenit raket kompleksinə məxsus olan xeyli sayda raketlər aşkar olunub. Dərhal bu barədə aidiyyəti üzrə mina təmizləmə agentliyinin əməkdaşlarına məlumat verilib. Raketlərin təhlükəsiz yerə daşınması istiqamətində müvafiq tədbirlər davam etdirlir”.
Qeyd edək ki, ərazidən aşkar edilən 20-ə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, onlar döyüşə tam yararlıdır. Hazırda işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Kəlbəcər sakini müharibə mərmisinin qurbanı oldu - Təfərrüat
Ağdamdakı yeni mobil səhra düşərgəsindən görüntülər
Bərdə-Ağdam Dəmiryolu layihəsi üzrə 10 kilometr ərazi təmizlənib
Xəbər lenti
0