DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Putini gözləyir: gələcəyəm deyib

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidƏrdoğan Putin
Ərdoğan Putin - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi regionda cərəyan edən gərginliyi yaxından izləyir və tərəfləri dialoq prosesini davam etdirməyə çağırır.
BAKI, 3 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Çin səfərindən sonra Türkiyəyə səfər edəcəyinə ümid edirəm. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Ukraynaya yola düşmədən öncə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, Putin Çin səfərindən sonra Türkiyəyə gələcəyini deyib:

"Rusiya və Ukrayna arasında baş verən neqativ hadisələrə seyirçi qalmaq bizim üçün doğru deyil. Ümid edirəm ki, iki ölkə arasında davam edən bu çətin vəziyyətdən müvəffəqiyyətlə çıxacağıq".

Ərdoğan Putinin səfər tarixi ilə bağlı konkret vaxt açıqlamayıb.
Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi regionda cərəyan edən gərginliyi yaxından izləyir və tərəfləri dialoq prosesini davam etdirməyə çağırır: "Biz sözümüzün üstündə duraraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyimizi bildiririk. Bununla yanaşı, tərəflərin sülh atmosferini bərpa etmək üçün təkbətək görüşünün təşkil edilməsi barədə arzumuzu da açıqca deyirik".
Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər edəcəyini açıqlamışdı. Peskov bildirib ki, Putin Ərdoğanın Türkiyəyə səfər etmək barədə təklifini qəbul edib. Onların qrafiki və epidemioloji vəziyyət imkan verən kimi səfər gerçəkləşəcək.
Xəbər lenti
0