Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah yollarda duman olacaq

© Sputnik / Rahim MuradovGoranboyda duman
Goranboyda duman - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
BAKI, 2 fevral — Sputnik. Sabah, fevralın 3-də Azərbaycan ərazisindəki avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, fevralın 3-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5°, gündüz 10-14°, Bakıda gecə 3-5°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütununda 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0