https://sputnik.az/20220202/putin-ile-conson-neden-danisdilar-438779969.html
Putin ilə Conson nədən danışdılar
Putin ilə Conson nədən danışdılar
Sputnik Azərbaycan
Rusiya lideri Consonun diqqətinə çatdırıb ki, Kiyev xroniki olaraq Minsk razılaşmalarını sabotaj edir.
2022-02-02T22:10+0400
2022-02-02T22:10+0400
2022-02-02T22:10+0400
dünya xəbərləri
boris conson
vladimir putin
telefon danışığı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438224950_0:193:3262:2028_1920x0_80_0_0_7361c22e0f9267f88ca73813d1d2f5b5.jpg
BAKI, 2 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilə Böyük Britaniyanın Baş naziri Boris Conson telefon ilə danışıblar.Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Ukrayna ətrafındakı böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri çərçivəsində fikir mübadiləsi aparıblar. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir. Rusiya Prezidenti Böyük Britaniyanın Baş naziri ilə söhbətində NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığını qeyd edib. "NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığı, bu zaman alyansın "açıq qapılar" adlandırılan və təhlükəsizliyin bölünməsi barədə təməl prinsipə zidd olan siyasətinə istinad etdiyi vurğulanıb", - Kremlin məlumatında deyilir. Rusiya lideri Consonun diqqətinə çatdırıb ki, Kiyev xroniki olaraq Minsk razılaşmalarını sabotaj edir. Conson isə Putin ilə söhbətində Rusiyanın Ukrayna ilə sərhəddə fəaliyyətindən dərin narahatlıqlarını çatdırıb. Bu məlumatı Dauninq strit yayıb.Bildirilir ki, Conson diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin lazım olduğunu vurğulayıb.Pentaqon isə bu gün bəyan edib ki, yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək. Bu barədə qurumun nümayəndəsi Con Kirbi brifinqdə deyib.Kirbi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir.O həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna SQ-nin əsgərləri ilə işi davam etdirəcəklər. Eyni Zamanda Pentaqon təmsilçisi qeyd edib ki, Amerika Administrasiyası Ukrayna ətrafında yaranan vəziyyətə görə münaqişədən qaçmağın mümkün olacağını düşünür."Biz bilmirik, Rusiya Ukraynaya müdaxilə etmək barədə son qərarını veribmi, ancaq aydındır ki, onun belə imkanı var. Ağ Ev və Dövlət Departamentinin tənzimləmə məqsədilə gördüyü diplomatik səyləri dəstəkləməkdə davam edəcəyik. Hesab edirik ki, münqaişə qaçılmaz olacaq", - Kirbi deyib.Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438224950_397:0:3128:2048_1920x0_80_0_0_d9f8626ca1d23561f1b2b347e7c2bd76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya ilə ukrayna məsələsi putinlə consonun gündəmində
rusiya ilə ukrayna məsələsi putinlə consonun gündəmində
Putin ilə Conson nədən danışdılar
Rusiya Prezidenti Böyük Britaniyanın Baş naziri ilə söhbətində NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığını qeyd edib.
BAKI, 2 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilə Böyük Britaniyanın Baş naziri Boris Conson telefon ilə danışıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Ukrayna ətrafındakı böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri çərçivəsində fikir mübadiləsi aparıblar. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
Rusiya Prezidenti Böyük Britaniyanın Baş naziri ilə söhbətində NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığını qeyd edib.
"NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığı, bu zaman alyansın "açıq qapılar" adlandırılan və təhlükəsizliyin bölünməsi barədə təməl prinsipə zidd olan siyasətinə istinad etdiyi vurğulanıb", - Kremlin məlumatında deyilir.
Rusiya lideri Consonun diqqətinə çatdırıb ki, Kiyev xroniki olaraq Minsk razılaşmalarını sabotaj edir.
Conson isə Putin ilə söhbətində Rusiyanın Ukrayna ilə sərhəddə fəaliyyətindən dərin narahatlıqlarını çatdırıb. Bu məlumatı Dauninq strit yayıb.
Bildirilir ki, Conson diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin lazım olduğunu vurğulayıb.
Pentaqon isə bu gün bəyan edib ki, yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək. Bu barədə qurumun nümayəndəsi Con Kirbi brifinqdə deyib.
Kirbi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir.
O həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna SQ-nin əsgərləri ilə işi davam etdirəcəklər. Eyni Zamanda Pentaqon təmsilçisi qeyd edib ki, Amerika Administrasiyası Ukrayna ətrafında yaranan vəziyyətə görə münaqişədən qaçmağın mümkün olacağını düşünür.
"Biz bilmirik, Rusiya Ukraynaya müdaxilə etmək barədə son qərarını veribmi, ancaq aydındır ki, onun belə imkanı var. Ağ Ev və Dövlət Departamentinin tənzimləmə məqsədilə gördüyü diplomatik səyləri dəstəkləməkdə davam edəcəyik. Hesab edirik ki, münqaişə qaçılmaz olacaq", - Kirbi deyib.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.