Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ozan Akbaba tamaşaçıları Bakıdakı qalasına dəvət edir - VİDEO

© Photo : Instagram / ozanakbabaOzan Akbaba
Ozan Akbaba - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Bir müddət əvvəl Akbaba Cıdır düzündə "Nə oldu, Paşinyan?" ifadəsini səsləndirib.
BAKI, 2 fevral — Sputnik. Türkiyənin məşhur aktyoru Ozan Akbaba tamaşaçıları "Anka" filminin sabah Park Cinema Flame Towers-də keçiriləcək və saat 19:00-da başlayacaq qalasına dəvət edib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən "ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev bildirib ki, Türkiyədə nümayiş olunduğu ilk həftə ərzində bu film tamaşaçıların gözləntilərini tam olaraq qarşılayaraq çoxlu müsbət rəylər toplamağı bacardı.
Bəzi türk nəşrləri filmi "türk kinosu üçün sıçrayış" adlandırır, halbuki, son illər ərzində türk kinosu bir neçə maraqlı və kassalı filmlərlə yadda qalıb. Süjetinə görə "Forsaj" filmini xatırladan "Anka" çəkiliş qrupundan böyük səbrlə yanaşı, risk də tələb edib. Akbaba filmin Türkiyədə təqdimat mərasimində etiraf edib: "Çəkiliş zamanı çox təhlükəli anlar yaşanıb. Bu, xüsusilə qarda çəkilən səhnələrə aiddir. Amma əminəm ki, hər kəs nəticədən razı qalacaq".
Filmdə Akbabadan başqa, Uğur Uzunel, Deniz Işın, Atilla Şendil və Engin Hepileri də rol alıblar. Qeyd edək ki, bir müddət əvvəl Akbaba Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib və Cıdır düzündə "Nə oldu, Paşinyan?" ifadəsini səsləndirib.
Öz süjeti və dinamikası ilə "Türk forsajı" ləqəbini qazanan bu film Azərbaycanda ancaq "Park Cinema" kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin süjetinə görə, baş qəhrəman Murat hələ uşaq ikən yol qəzasında ailəsini itirib. O gündən bəri həyata tutunmaq istəməyən Muratın həyatında ən böyük dayağı yaxın dostu Tarık, sevdiyi qadın Zümrüt və onu böyüdən Ejderdir.
Lakin işini itirmək və pulsuz qalmaq onu bədbinliyə sürükləyir. Muratın həyatını davam etdirmək üçün qəza günü tam yaşaması lazım olduğuna inanan Ejder qəzaya düşən maşını Murata göstərir və onu bu halda görmək istəmədiyini deyərək qərar verməsini istəyir. Baş verənlərdən sonra bir müddət yoxa çıxan Murat qayıtdıqdan sonra həyatına yenidən başlamaq üçün hərəkətə keçir.
Filmin qala-premyerasına biletləri parkcinema.az və iticket.az saytından əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0