https://sputnik.az/20220202/nazirlikden-urek-damar-xestelerine-muraciet-438772328.html
Nazirlikdən ürək-damar xəstələrinə müraciət
Nazirlikdən ürək-damar xəstələrinə müraciət
Sputnik Azərbaycan
Nazirlik rəsmisi COVID-19 infeksiyası ilə bağlı ürək-damar xəstələrinə tövsiyə verib. 02.02.2022, Sputnik Azərbaycan
2022-02-02T23:38+0400
2022-02-02T23:38+0400
2022-02-02T23:38+0400
nazirlik
səhiyyə
ürək-damar xəstəlikləri
tövsiyə
covid-19
https://cdnn1.img.sputnik.az/img/42404/20/424042070_0:300:3067:2025_1920x0_80_0_0_edd323d70a6bb5de0881dce8163d7922.jpg
BAKI, 2 fevral — Sputnik. "Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar".Sputnik Azərbaycan xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu belə bir tövsiyə edib.Onun sözlərinə görə, yaz-yay fəslində həmin xəstəliklərdən əziyyət çəkənlərin Günəş şüaları altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur: "Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin dərmanları vaxtı-vaxtında qəbul etmələri tövsiyə olunur.Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stenti olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur".Nazirlik rəsmisi əlavə edib ki, COVID-19 infeksiyası bütün bədənə təsir edir: "Ürək də bundan ziyan çəkir. Şəkərli diabet, ürək çatışmazlığı xəstələrindən də yan keçmir. Aritmiya pozğunluğu olanlar bundan əziyyət çəkə bilərlər. Həmin şəxslər daha diqqətli olmalıdırlar".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/20/424042070_338:0:3067:2047_1920x0_80_0_0_d77f189822e00ba0db0eee24e2dce13a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə
ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə
Nazirlikdən ürək-damar xəstələrinə müraciət
Nazirlik rəsmisi COVID-19 infeksiyası ilə bağlı ürək-damar xəstələrinə tövsiyə verib.
BAKI, 2 fevral — Sputnik. "Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar".
Sputnik Azərbaycan xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu belə bir tövsiyə edib.
Onun sözlərinə görə, yaz-yay fəslində həmin xəstəliklərdən əziyyət çəkənlərin Günəş şüaları altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur: "Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin dərmanları vaxtı-vaxtında qəbul etmələri tövsiyə olunur.
Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stenti olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur".
Nazirlik rəsmisi əlavə edib ki, COVID-19 infeksiyası bütün bədənə təsir edir: "Ürək də bundan ziyan çəkir. Şəkərli diabet, ürək çatışmazlığı xəstələrindən də yan keçmir. Aritmiya pozğunluğu olanlar bundan əziyyət çəkə bilərlər. Həmin şəxslər daha diqqətli olmalıdırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.