Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda yeni Gənclər Paytaxtı seçildi

© AFP 2023 / OZAN KOSEAzərbaycan bayrağına bürünmüş gənclər
Azərbaycan bayrağına bürünmüş gənclər - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Gənclər Forumu çərçivəsində ölkənin 9 şəhəri arasında püşkatma keçirilib.
BAKI, 2 fevral — Sputnik. Bu gün Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində ölkənin 9 şəhəri arasında püşkatma keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Tovuz 2022-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib.
Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın Gənclər Paytaxtı seçilib.
Xatırladaq ki, bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
Qeyd edək ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb.
Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0