https://sputnik.az/20220202/azerbaycanda-en-cox-istifade-olunan-sosial-sebekeler-hansidir---syahi-438716251.html
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr hansıdır? - SİYAHI
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr hansıdır? - SİYAHI
Sputnik Azərbaycan
"Global Stats" statistika mərkəzinin hesabatı əsasında Azərbaycanda hansı sosial şəbəkədən istifadə faizinin nə qədər olduğu açıqlanıb. 02.02.2022, Sputnik Azərbaycan
2022-02-02T08:00+0400
2022-02-02T08:00+0400
2022-02-03T14:56+0400
azərbaycan
azərbaycan xəbərləri
hi-tech
sosial şəbəkə
twitter
"facebook" sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437664898_0:162:3066:1887_1920x0_80_0_0_5f424c923efd71d537a9a7844df9a55a.jpg
BAKI, 2 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 2020-ci ilin dekabr ayı ilə müqayisədə 7,2 faiz bəndi azalıb."Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin fevralın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 51% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 30,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı yanvar ayı ərzində 4,8 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevral ayının 1-nə 15,1% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 4,9 faiz bəndi azdır.Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 2 faiz bəndi artıb. APA bildirir ki, fevralın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 12,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz bəndi azdır.Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 10,4, "Twitter" – 5,7%, "Tumblr" – 1,6%, "VKontakte" – 1% və s.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437664898_168:0:2899:2048_1920x0_80_0_0_83ba7abc578a9c0d2be1970d33955203.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda ən çox hansı sosial şəbəkədən istifadə edilir?
azərbaycanda ən çox hansı sosial şəbəkədən istifadə edilir?
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr hansıdır? - SİYAHI
08:00 02.02.2022 (Yenilənib: 14:56 03.02.2022) "Global Stats" statistika mərkəzinin hesabatı əsasında Azərbaycanda hansı sosial şəbəkədən istifadə faizinin nə qədər olduğu açıqlanıb.
BAKI, 2 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 2020-ci ilin dekabr ayı ilə müqayisədə 7,2 faiz bəndi azalıb.
"Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin fevralın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 51% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 30,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı yanvar ayı ərzində 4,8 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevral ayının 1-nə 15,1% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 4,9 faiz bəndi azdır.
Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 2 faiz bəndi artıb. APA bildirir ki, fevralın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 12,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 10,4, "Twitter" – 5,7%, "Tumblr" – 1,6%, "VKontakte" – 1% və s.