https://sputnik.az/20220202/azerbaycanda-ecnebiler-ucun-ov-telebleri-sertlesdirilir-438766151.html
Azərbaycanda əcnəbilər üçün ov tələbləri sərtləşdirilir
Azərbaycanda əcnəbilər üçün ov tələbləri sərtləşdirilir
Sputnik Azərbaycan
Təbiət və Ov Turizmi Assosiasiyasının sədri deyib ki, ov üçün Azərbaycana gələn xarici vətəndaşların 3 kateqoriyaya bölünməsi istənilir
2022-02-02T20:11+0400
2022-02-02T20:11+0400
2022-02-02T20:11+0400
azərbaycan xəbərləri
ov
qanunsuz ov edilməsi
ovçu
əcnəbi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_0:0:4000:2251_1920x0_80_0_0_b743290245f2d87f8e24182d41dacfda.jpg
BAKI, 2 fevral — Sputnik. "Ov üçün Azərbaycana gələn xarici vətəndaşları 3 kateqoriyaya bölmək istəyirik. Bunlar yaşıl, sarı və qırmızı kateqoriya olacaq".Sputnik Azərbaycan xəbər verir ki, bunu Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.Onun sözlərinə görə, yaşıl kateqoriyada olanlar lisenziya çərçivəsində ov edərək geri qayıdır və heç bir qanunu pozmurlar:"Sarı qrupda olanlar müəyyən qədər qanun pozmağa meyilli olurlar. Qırmızı kateqoriyaya adı daxil edilənlər isə konkret olaraq qanunları pozur və ekologiyaya ciddi zərər vururlar. Biz bu kateqoriya üzrə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcəyik ki, nəzarət etmək asanlaşsın" - o qeyd edib.Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına dair məlumat yayılmışdı. Ceyrançöldə ərəblərin bəzgək ovlamaları barədə görüntülər haqda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirildiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına aydınlıq gətirərək bildirmişdi ki, Ceyrançöldə ərəblərin bəzgək ovlamalarının görüntülərindən xəbərdardırlar: "Sosial şəbəkədə yayılan foto, videogörüntülərdən xəbərdarıq. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_451:0:4000:2662_1920x0_80_0_0_3872139715b6201ebe5906b750f8fdcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyrançöldə ov tələbi sərtləşdirdi: bir əcnəbiyə üç seçim
ceyrançöldə ov tələbi sərtləşdirdi: bir əcnəbiyə üç seçim
Azərbaycanda əcnəbilər üçün ov tələbləri sərtləşdirilir
Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov deyib ki, ov üçün Azərbaycana gələn xarici vətəndaşların 3 kateqoriyaya bölünməsi istənilir
BAKI, 2 fevral — Sputnik. "Ov üçün Azərbaycana gələn xarici vətəndaşları 3 kateqoriyaya bölmək istəyirik. Bunlar yaşıl, sarı və qırmızı kateqoriya olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, yaşıl kateqoriyada olanlar lisenziya çərçivəsində ov edərək geri qayıdır və heç bir qanunu pozmurlar:
"Sarı qrupda olanlar müəyyən qədər qanun pozmağa meyilli olurlar. Qırmızı kateqoriyaya adı daxil edilənlər isə konkret olaraq qanunları pozur və ekologiyaya ciddi zərər vururlar. Biz bu kateqoriya üzrə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcəyik ki, nəzarət etmək asanlaşsın" - o qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına dair məlumat yayılmışdı. Ceyrançöldə ərəblərin bəzgək ovlamaları barədə görüntülər haqda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirildiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə bəzgək ovlamalarına aydınlıq gətirərək bildirmişdi ki, Ceyrançöldə ərəblərin bəzgək ovlamalarının görüntülərindən xəbərdardırlar: "Sosial şəbəkədə yayılan foto, videogörüntülərdən xəbərdarıq. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.