https://sputnik.az/20220202/abs-avropaya-bir-nece-min-herbci-gonderir---kirbi-438778760.html
ABŞ Avropaya bir neçə min hərbçi göndərir - Kirbi
ABŞ Avropaya bir neçə min hərbçi göndərir - Kirbi
Sputnik Azərbaycan
Bundan başqa, Pentaqon Almaniyada olan min hərbçini də Rumıniyaya göndərir. 02.02.2022, Sputnik Azərbaycan
2022-02-02T20:29+0400
2022-02-02T20:29+0400
2022-02-02T20:29+0400
abş
dünya xəbərləri
avropa
hərbçi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1b/426801442_0:0:3641:2048_1920x0_80_0_0_a0d3c56bd9f0bca4fc3c4bd71638431b.jpg
BAKI, 2 fevral - Sputnik. Pentaqon yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun nümayəndəsi Con Kirbi brifinqdə deyib. "Hazırki vəziyyət tələb edir ki, NATO-nun Şərq qolunun cilovlayıcı və müdafiə imkanlarını gücləndirək", - o deyib. Kirbi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir. "Bu, hazırkı situasiyaya reaksiyadır, onlar (göndərilən hərbçilər - red.) Ukraynada vuruşmayacaqlar", - Pentaqon rəsmisi deyib. Onun sözlərinə görə, söhbət 82-ci hava-desant diviziyası, eləcə də 18-ci hava-desant korpusundan gedir. Onlar NATO deyil, ABŞ rəhbərliyi altında olacaqlar.Bundan başqa, Pentaqon Almaniyada olan min hərbçini də Rumıniyaya göndərir. ABŞ Müdafiə Nazirliyində bildriblər ki, lazım gələrsə, Avropa hüdudlarında öz qoşunlarını dislokasiya edəcəklər.Kirbi yaxın vaxtlarda Avropaya əlavə qüvvələrin göndəriləcəyini istisna etməyib. Onlardan sonralar Ukraynada, "təxliyəyə yardım etmək üçün" istifadə edə bilərlər. O həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna SQ-nin əsgərləri ilə işi davam etdirəcəklər. Eyni Zamanda Pentaqon təmsilçisi qeyd edib ki, Amerika Administrasiyası Ukrayna ətrafında yaranan vəziyyətə görə münaqişədən qaçmağın mümkün olacağını düşünür. "Biz bilmirik, Rusiya Ukraynaya müdaxilə etmək barədə son qərarını veribmi, ancaq aydındır ki, onun belə imkanı var. Ağ Ev və Dövlət Departamentinin tənzimləmə məqsədilə gördüyü diplomatik səyləri dəstəkləməkdə davam edəcəyik. Hesab edirik ki, münqaişə qaçılmaz olacaq", - Kirbi deyib.Ötən həftə ABŞ Avropaya göndərmək üçün elit desant hissələrdən 8,5 min hərbçini yüksək hazırlıq səviyyəsinə gətirib. Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1b/426801442_0:0:2731:2048_1920x0_80_0_0_2fdd698917194cde98d86c8df33542bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pentaqon avropaya bir neçə min hərbçi göndərir - kirbi
pentaqon avropaya bir neçə min hərbçi göndərir - kirbi
ABŞ Avropaya bir neçə min hərbçi göndərir - Kirbi
Bundan başqa, Pentaqon Almaniyada olan min hərbçini də Rumıniyaya göndərir.
BAKI, 2 fevral - Sputnik. Pentaqon yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun nümayəndəsi Con Kirbi brifinqdə deyib.
"Hazırki vəziyyət tələb edir ki, NATO-nun Şərq qolunun cilovlayıcı və müdafiə imkanlarını gücləndirək", - o deyib.
Kirbi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir.
"Bu, hazırkı situasiyaya reaksiyadır, onlar (göndərilən hərbçilər - red.) Ukraynada vuruşmayacaqlar", - Pentaqon rəsmisi deyib.
Onun sözlərinə görə, söhbət 82-ci hava-desant diviziyası, eləcə də 18-ci hava-desant korpusundan gedir. Onlar NATO deyil, ABŞ rəhbərliyi altında olacaqlar.
Bundan başqa, Pentaqon Almaniyada olan min hərbçini də Rumıniyaya göndərir. ABŞ Müdafiə Nazirliyində bildriblər ki, lazım gələrsə, Avropa hüdudlarında öz qoşunlarını dislokasiya edəcəklər.
Kirbi yaxın vaxtlarda Avropaya əlavə qüvvələrin göndəriləcəyini istisna etməyib. Onlardan sonralar Ukraynada, "təxliyəyə yardım etmək üçün" istifadə edə bilərlər.
O həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna SQ-nin əsgərləri ilə işi davam etdirəcəklər. Eyni Zamanda Pentaqon təmsilçisi qeyd edib ki, Amerika Administrasiyası Ukrayna ətrafında yaranan vəziyyətə görə münaqişədən qaçmağın mümkün olacağını düşünür.
"Biz bilmirik, Rusiya Ukraynaya müdaxilə etmək barədə son qərarını veribmi, ancaq aydındır ki, onun belə imkanı var. Ağ Ev və Dövlət Departamentinin tənzimləmə məqsədilə gördüyü diplomatik səyləri dəstəkləməkdə davam edəcəyik. Hesab edirik ki, münqaişə qaçılmaz olacaq", - Kirbi deyib.
Ötən həftə ABŞ Avropaya göndərmək üçün elit desant hissələrdən 8,5 min hərbçini yüksək hazırlıq səviyyəsinə gətirib.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.