https://sputnik.az/20220201/zerife-salahova-seref-ordeni-ile-teltif-edilib-438736272.html
Zərifə Salahova "Şərəf" ordeni ilə təltif edilib
Zərifə Salahova "Şərəf" ordeni ilə təltif edilib
Sputnik Azərbaycan
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub 01.02.2022, Sputnik Azərbaycan
2022-02-01T18:50+0400
2022-02-01T18:50+0400
2022-02-01T18:50+0400
azərbaycan
azərbaycan xəbərləri
prezident ilham əliyev
zərifə salahova
https://cdnn1.img.sputnik.az/img/40403/86/404038684_0:0:2000:1125_1920x0_80_0_0_5a365750cd5332d3e52181293626d009.jpg
BAKI, 1 fevral — Sputnik. Zərifə Teymur qızı Salahova "Şərəf" ordeni ilə təltif edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, sabah Zərifə Salahovanın 90 yaşı tamam olur.Zərifə Salahova miniatür kitab muzeyinin təsisçisi və rəhbəridir. 1 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.2012-ci ildə isə Belarus Prezidentinin Fərmanına əsasən Belarus Respublikasının dövlət mükafatı – "Fransisk Skarina" medalına layiq görülüb. Zərifə Salahova dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40403/86/404038684_118:0:1895:1333_1920x0_80_0_0_2bdd8f40e08e1240db134af938df1d2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miniatür kitabın anasını prezident təltif elədi
miniatür kitabın anasını prezident təltif elədi
Zərifə Salahova "Şərəf" ordeni ilə təltif edilib
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub
BAKI, 1 fevral — Sputnik. Zərifə Teymur qızı Salahova "Şərəf" ordeni ilə təltif edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah Zərifə Salahovanın 90 yaşı tamam olur.
Zərifə Salahova miniatür kitab muzeyinin təsisçisi və rəhbəridir. 1 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2012-ci ildə isə Belarus Prezidentinin Fərmanına əsasən Belarus Respublikasının dövlət mükafatı – "Fransisk Skarina" medalına layiq görülüb.
Zərifə Salahova dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır.