Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ərdoğan Azərbaycan və Türkiyənin müdafiə nazirlərini birlikdə qəbul edib

© Photo : Twitter / T.C. CumhurbaşkanlığıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Daha əvvəl Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.
BAKI, 1 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.
Bu barədə Türkiyə prezidentinin Twitter hesabında paylaşım edilib.
Görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edib.
***
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.
Zakih Həsənovu Hulusi Akar özü qarşılayıb. Z.Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xatirə kitabını imzalayıb.
Sonra iki ölkənin müdafiə nazirlər arasında təkbətək görüş keçirilib.
Daha sonra görüş iki ölkənin nümayəndələrinin birgə iştirakı ilə davam etdirilib.
Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq müzakirə olunub.
***
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
Sputnik Azərbaycan xəbər verir ki, Zakir Həsənov ilk olaraq Ankarada Anıtqəbiri ziyarət edib. Səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələlər müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0