Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Xaricdə doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

© AFP 2024 / STEPHANE DE SAKUTINTələbə
Tələbə - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
BAKI, 1 fevral — Sputnik. Xaricdə doktoranturaya sənəd qəbulu başlayıb.
Sputnik Azərbaycan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, nazirlik nəzdində "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupu "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan vətəndaşları 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edilib.
Proqrama müraciət üçün tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış olmaq mümkündür:
https://dp.edu.az/az/news/1203#.YffrAOpBzIW
Proqrama müraciət müddəti 1 fevral – 1 aprel 2022-ci il tarixlərini əhatə edir.
Sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün qeydiyyat linkini keçiddən əldə etmək mümkündür.
Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0