DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Rusiyadan güzəşt istəyir

© REUTERS / DADO RUVICRusiya Ukrayna bayrağı
Rusiya Ukrayna bayrağı - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Kuleba: "Biz deyirik ki, Rusiya güzəştə getməlidir və bununla da sülhə maraqlı olduğunu nümayiş etdirməlidir".
BAKI, 1 fevral — Sputnik. Ukrayna Rusiya ilə konstruktiv danışıqlara hazırdır. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.
Nazir qeyd edib ki, ölkəsi indiyə qədər sülh üçün hər şeyi edib və indi növbə Rusiyadadır, onlar ilk addımı atmalıdırlar: "Kimsə bizə təzyiq və ya bizi nəyisə edib-etməməyə məcbur edə bilməz. Rusiya güzəştə getməlidir. Ukrayna qonşusundan bunu gözləyir. Biz məqsədimizi tərəfdaşlarımıza da açıqlamışıq. Biz deyirik ki, Rusiya güzəştə getməlidir və bununla da sülhə maraqlı olduğunu nümayiş etdirməlidir".
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0