CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstismara qəbul edilməyən binaların aqibəti necə olacaq?

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidРабочий на строительстве ЖК
Рабочий на строительстве ЖК  - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Ekspert bildirir ki, yeni bina tikilən vaxtda şirkət "Azəristiliktəchizat" ASC-yə müraciət edirsə, həmin binaya istilik xətti ayrılır.
BAKI, 01 fevral — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yaşayış binaları: Layihələndirmə normaları”nı təsdiq edib. Bununla Azərbaycanda tikiləcək bir, iki, çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşib.
Lakin mənzil sahibləri, mənzil almaq istəyənləri narahat edən başqa nüanslar var:
İndiyədək tikilən, standartlara cavab verməyən binalar rəsmən istismara götürülməsə də, orada yaşayış var. Maraqlıdır, bunların aqibəti necə olacaq?
Digər sual, ümumi istilik sistemi olmayan binalar niyə istismara qəbul olunur?
İstilik sistemi ilə bağlı layihədə heç bir şey göstərməyibsə, layihə tamamlandıqda, hər şey layihəyə uyğunsa, bina istismara qəbul olunurmu?
Sputnik Azərbaycan olaraq bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən əsrin 60-cı və sonrakı illərində layihələndirilən binalarda istilik sistemi təchizatı olurdu. Müstəqillik dövründən sonra tikinti şirkətləri bina tikməyə başladıqda onlarda istilik sistemi təchizatı sistemi fərdi şəkildə oldu:
"Çünki şəhərin yüklənməsi baxımından nəzərdə tutulmamaşdı ki, böyük binalar tikiləcək, onların istilik sistemi təchizatı ilə bağlı dövlətlə aralarında bir müqavilə olacaq".
© Sputnik / Irade JELILAzərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
Ekspert deyir ki, hansısa bina tikiləndə layihədə istilik sistemi qeyd olunubsa, demək ki, istilik sistemi olmalıdır:

"İstilik sisteminin olması layihədə əks olunsa, lakin sonradan möcud olmasa, onun səbəbini araşdırmaq lazımdır. Belə olan təqdirdə də binanın istismarına icazə verilmir".

Elnur Azadov bildirir ki, yeni bina tikilən vaxtda şirkət "Azəristiliktəchizat" ASC-yə müraciət edirsə, həmin binaya istilik xətti ayrılır:
"Bununla bağlı müraciət olmursa, dövlətin istilik verməklə bağlı hansısa öhdəliyi yaranmır. Binanın istilik sistemi yoxdursa, məsələnin onun istismara qəbul olub-olmamasına heç bir aidiyyəti yoxdur. Çünki elə binalar var ki, orada heç qaz yoxdur. Yəni, bir sözlə, layihədə istilik sisteminin olması göstərilməyibsə, bina istismara qəbul olunur. Bir sözlə layihədə nə göstərilibsə, onlara əməl etmək lazımdır ki, bina istismara qəbul olunsun".
Ekspert deyir ki, inşaat normotivlərində istilik sisteminin olmamasıın səbəbinin əsaslandırılması ilə bağlı hansısa tələb yoxdur:
"Əslində bəlkə də problem elə budur".
Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarına əsasən tikintisinə icazə tələb edilən, tikinti obyektlərinin istismarına icazə üçün müraciətə, sifarişçi əlavə edilən tikinti sənədlərinin siyahısı göstərib. Həmin siyahıda binada tikinti-quraşdırma işlərinin şəhərsalma, tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə uyğun yerinə yetirilməsi haqqında istismara hazırlıq aktı ilə yanaşı xarici, daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su-kanalizasiya) istismara hazırlığına dair müvafiq təşkilatların təqdim etdiyi aktlar, həmçinin müxtəlif sənəd, arayışlar yer alıb. Yəni, binada istilik sisteminin mərkəzi qaydada təmini nəzərdə tutulubsa, "Azəristiliktəchizat" ASC müvafiq akt verilir. Məhz siyahıya əsasən tələb olunan sənədlər əsasında isə Bakı şəhəri üzrə Komitə, respublikanın digər ərazilərində yerli icra hakimiyyətləri binaların istismarına icazə verir.
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il 529 nömrəli Fərmanı ilə həmin ilin yanvarın 1-dək tikilmiş, məskunlaşmış, amma tikinti icraçıları tərəfindən şəhərsalma qanunvericiliyi tələblərinin pozulması, yaxud tikinti layihələrinin rəsmiləşdirilməsindəki çatışmazlıqlarla əlaqədar vaxtında istismarına icazə verilməyən çoxmənzilli binaları əhatə edirdi. Fərmana əsasən, belə binalarda yaşayan sakinlərinin mənafeləri, humanizm prinsipləri rəhbər tutularaq həmin yaşayış evlərinin konstruksiyalarının dayanıqlığı, digər təhlükəsizlik tələbləri Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları yoxladı, aparılmış müayinələrin nəticəsində verilən müsbət rəylər əsasında Bakı şəhəri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər şəhərlərinə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən problemli binaların sadələşdirilmiş formada istismarına icazələr verildi.
Sənədin icrası dövründə ümumilikdə sahəsi təxminən 8 milyon 467 min m2 olan 408 ünvanda çoxmənzilli binaların istismarına icazə verilib. Yəni, həmin yaşayış binalarının 2019-cu ilin əvvəlinədək, təxminən 10 il, bəzi hallarda hətta çox uzun müddət öncə tikilməsinə, məskunlaşmasına baxmayaraq, sakinlər fərmanla mənzillərinə mülkiyyət hüququnu rəsmiləşdirmək imkanı qazandı. Belə mənzillərin sayı ümumilikdə 84.579-dur.
Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir yaşayış binasının məcburi halda ümumi qazanxanasının olması, yaxud rayon isitlik mərkəzinə qoşulması ilə bağlı elə bir qanunvericilik aktı yoxdur:
"Buna görə də əksər halda, individual qaydada sakinlərin özü kombi sistemini quraşdırmaqla istiliyi təmin etmiş olurlar. Layihədə istilik sisteminin olması göstərilməyibsə, o istismara qəbul oluna bilər".
© Sputnik / Murad OrujovBakının mərkəzində, "Sovetski" adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır
Bakının mərkəzində, Sovetski adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Bakının mərkəzində, "Sovetski" adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır
İndiyədək tikilən, standartlara cavab verməyən binalar rəsmən istismara götürülməsə də, orada yaşayış var. Maraqlıdır, bunların aqibəti necə olacaq?
E.Əsədov istismarına icazə verilməyən, lakin yaşayışın olduğu binalarla bağlı məsələyə də aydınlıq gətirib. O bildirir ki, əhalinin məskunlaşdığı, lakin istismarına rəsmi icazə verilməyən bina-komplekslərin sayı 475 olub:
"İstismarına icazə verilməyən həmin binalarda 10-15, 100 faizədək məskunlaşma vardı. Yaranan vəziyyət orada yaşayan sakinlərin həm mülkiyyət hüquqlarını pozurdu, həm də orada yaşayışın nə dərəcədə etbarlı, binaların nə dərəcədə dayanıqlı olması barədə bir təminat verə bilmirdi. Ölkə preizdenti problemin aradan qaldırılması üçün Sərəncam imzaladı, bununla müvafiq orqanlara həmin çoxmənzilli binaların istismarına sadələşdirilmiş şəkildə, operativ kömək göstərməklə onların istismarına icazə verilməsi barədə göstəriş verildi. Aparılan araşdırmalar, işlər nəticəsində həmin binalardan 408-nin istismarına icazə verildi".
Lakin onlardan 67 binanın istismara verilməsi haqda hələ də qərar yoxdur:
"408 binanın istismara verilməsi ilə respublika ərazisində demdək olar ki, 85 minə yaxın ailə, təxminən 300-400 min insan öz mənzil hüquqlarına qovuşmuş oldu. 67 binadan danışdıqda isə qeyd edim ki, onların bir hissəsi tikintisinə ötən əsrin 80-cı illərində başlanılan binalardır. Ola bilsin ki, aidiyyəti qurumları, korporativ qurumlar binaların tikintisinə başladı. Həmin fabrik, zavodları artıq fəaliyyətlərini dayandırıb, yoxdur. Korporativlər ittifaqı, koorporativlər idarəsi də əvvəlki şəkildə fəaliyyətini davam etdirmir, yəni, dövlətdən onlara ayrıca subsidiyalar verilmir. Onlar demək olar ki, sahibsiz binalardır, bir çox problemləri var, onlar yerinə yetirilmədiyindən dövlət həmin binaların belə şəkildə istismarına qarantiya verə bilmir. Digər nümunə, binanın sahibi var, MTK-nın hansı olduğu məlumdur, sadəcə olaraq əllərində maliyyə imkanları yoxdur ki, işi başa çatdıra bilsinlər. Belə binaların sayı 40-dır".
Digər qrup binalar isə sahibi vəfat edən, yaxud müəyyən maxinasiyalara görə qapalı qapı arxasına salınanlardır:
"Belə binaların sayı isə 17-dir. O binaların hamısında müayinə aparılıb. Müayinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dağ, Mədən və Sənayedə işlərin Təhlükəsiz görlüməsi Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, binanı kommunikasiya xdimətləri ilə təchiz edən qurumların bərabər iştirakı ilə aparılıb. Hər bir qurum, xidmət öz sahəsi üzrə həmin binalardakı çatışmazlıqları göstərib. Bəzi binalarda çox aşağı vəsait sərf etməklə, bəzi binalarda isə böyük vəsaitlər sərf etməklə problemlər aradan qaldırıla bilər. Elə binalar var ki, istifadəyə verilib, yaşayanlar var, amma 3-4, 5 liftin heç biri yoxdur, yaxud su sistemləri çəkilməyib. Bütün məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Oradan nə göstəriş veriləcəyi önəmlidir. Çünki həmin binaları tikən şəxslər ya ortada yoxdur, ya onların imkanları yoxdur. Orada olan qüsurların aradan qaldırılması haradan, hansı vəsait hesabına necə təmin olunacaq, bu barədə göstəriş verilməsi, yaxud müəyyən qərarlar qəbul edilməsi üçün aidiyəti orqanlara yoxlamaların nəticəsində ortaya çıxan arayış təqdim olunub".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-a açıqlamada bildirilib ki, binaların istismarına icazə verildikdən sonra komitə müvafiq göstəriciləri Tikintilərin Dövlət Reyestrinə daxil edilməklə bərabər Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumatlar göndərib.
Binada mərkəzi istilik sistemini təmin etmək üçün qazanxana tikilibsə, deməli istismara icazə zamanı aidiyyatı qurumundan akt təqdim edilməlidir (siyahıda 1.2 ci maddə) əgər sakinlər fərdi qaydada kombi sistemi ilə binanı qızdırılacaqsa, o zaman istismar müddətində MTK bununla bağlı komitəyə məlumatlandırıcı məktub təqdim edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Memar: Hazırda istifadə olunan materialların hamısı inşaatdan çıxarılmalıdır
Bakıda "xruşovka" qalmaqalı - Şirkət sakinləri razı salmamış binanı sökür
Qarabağın hər yerində tunellər tikilir - FOTO
Mütəxəssislər üçün şad xəbər - yeni lüğətlər nəşr edilib
Xəbər lenti
0