DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sarkisyanın səlahiyyətlərinə xitam verildi

© SputnikArmen Sarksiyan
Armen Sarksiyan - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb.
BAKI, 1 fevral — Sputnik. Ermənistan Prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb.
Ermənistan Prezidentinin istefa qərarı verməsindən keçən 7 gün ərzində qərarını dəyişmədiyi üçün onun səlahiyyətlərinin dayandırılması barədə qərar qüvvəyə minib.
Müvafiq qərar bu gün qanunverici orqanın saytında da yerləşdirilib. Yerli qanunvericiliyə görə, Sarkisyanın vəzifələrini parlamentin spikeri icra edəcək.
Qeyd edək ki, ötən bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib. "Prezident ölkə və millət üçün hazırkı çətin durumda daxili və xarici siyasətə təsir etmək üçün lazımi alətlərə malik deyil", - Sarkisyan bildirib.
Xatırladaq ki, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası ölkə prezidentliyi vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0