Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova Ermənistanla sülh sazişi haqda danışdı

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicПредседатель Милли Меджлиса Азербайджана Сахиба Гафарова
Председатель Милли Меджлиса Азербайджана Сахиба Гафарова - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Parlament sədri diqqətə çatdırıb ki, müharibədən deyil, sülhdən danışmaq istəyirik.
BAKI, 1 fevral — Sputnik. Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən deyil, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sülhdən danışmaq istəyirik

O bildirib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib: "Yanvarın 17-də Monteneqro parlamentinin sədri cənab Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Görüşlər zamanı bir sıra məsələlər müzakirə edilib. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əzəli torpaqlarını Ermənistanın işğalından azad edib.
BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü ilə həyata keçirib, ərazi bütövlüyünü bərpa edib. Qeyd etdim ki, Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən deyil, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq".
Sahibə Qafarova deyib: "Monteneqro parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. O, Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibəti ilə xalqımızı təbrik etdi.  Görüş zamanı bir sıra digər məsələlər, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığının və dəstəyinin davam etməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı".

Yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir

Spiker bildirib ki, bir il ərzində Milli Məclisin 38 iclası keçirilib, 222 qanun və qərar qəbul edilib. Parlamentin fəaliyyəti Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləməyə yönəlib. Ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilib.
"Yanvar ayının sonlarında Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edib. Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsi sədrinin birinci müavini seçilib. Yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Sessiyanın qanunvericilik planı hazırlanıb və bu gün müzakirə ediləcək. Bu sessiyada biz qanun layihələrini müzakirə etməklə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik", - deyə sədr bildirib.

2021-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək

Parlament sədri diqqətə çatdırıb ki, bundan əlavə, Milli Məclisin iclaslarından birində 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat və məruzələri də dinləniləcək.

Həm Bakıda, həm də xarici ölkələrdə iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur

"Bu sessiya ərzində də Milli Məclisin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Bu məqsədlə üzv olduğumuz beynəlxalq təşkilatlarda fəaliyyətimiz ardıcıl davam etdiriləcək, bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıda qəbul ediləcək. Həm Bakıda, həm də xarici ölkələrdə bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyə Sədr əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0