https://sputnik.az/20220201/qaz-istismari-ve-techizati-ile-bagli-yeni-cerimeler-gelir-438729862.html
Qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələr gəlir
Qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələr gəlir
Sputnik Azərbaycan
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir. Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır 01.02.2022, Sputnik Azərbaycan
2022-02-01T15:02+0400
2022-02-01T15:02+0400
2022-02-01T15:02+0400
cəmiyyət
cərimə
qaz
istismar
qaz xətti
https://cdnn1.img.sputnik.az/img/42225/33/422253308_0:420:960:960_1920x0_80_0_0_41e832b9e3d10ac256371e3c2c1b853e.jpg
BAKI, 1 fevral — Sputnik. Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə də cərimələr artırılırQaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə cərimələr artırılır.Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcəklər.Mövcud qanunvericiliyə görə, tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 70 manatdan 100 manatadək, vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilirlər.Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Dəyişiklik qəbul edilərsə, 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/33/422253308_0:240:960:960_1920x0_80_0_0_448fc2ec30a0b85dcc1c2d4e26c44988.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cərimə, qaz, istismar, qaz xətti
cərimə, qaz, istismar, qaz xətti
Qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələr gəlir
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir. Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır
BAKI, 1 fevral — Sputnik. Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.
Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə də cərimələr artırılır
Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə cərimələr artırılır.
Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcəklər.
Mövcud qanunvericiliyə görə, tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 70 manatdan 100 manatadək, vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilirlər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Dəyişiklik qəbul edilərsə, 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.