Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qanuna velosiped zolağı və yolu anlayışları daxil edilir

© AFP 2024 / NOEL CELISvelosiped
velosiped  - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Təklif edilən digər dəyişikliklə velosipedçinin vəzifələri də artırılır. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped yolları ilə hərəkət edə biləcək.
BAKI, 1 fevral — Sputnik. "Yol hərəkəti haqqında" qanuna velosiped zolağı və velosiped yolu anlayışları əlavə edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "velosiped zolağı" yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş uzununa nişanlama xətti ilə ayrılmış hissəsi, "velosiped yolu" isə avtomobil yolundan və ya avtomobil yolunun digər elementlərindən konstruktiv şəkildə ayrılan, velosipedlərin hərəkəti üçün işarələnmiş ayrıca yol hesab ediləcək.
Təklif edilən digər dəyişikliklə velosipedçinin vəzifələri də artırılır. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped yolları ilə hərəkət edə biləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "Report"a deyib ki, velosiped yolları ilə bağlı məsələ Bakı şəhərinin Baş Planında öz əksini tapıb. Yaxın vaxtlarda 7,5 kilometrlik yol yekunlaşacaq.
Onun sözlərinə görə, yaxın iki il ərzində isə paytaxtda 67 kilometrlik velosiped yolu çəkiləcək və Bakının əsas küçələrini birləşdirəcək.
Həmçinin oxuyun:
Dayanma-durma qaydasını pozamağa görə cərimə artır - Nurullayev işə velosipedlə gedəcək?
Xəbər lenti
0